
7
3D Zərgərlik Dizayneri

Anlaşmalı
3D Zərgərlik Dizayneri
Kontrol edildiBugün
Açıklama
Namizədə tələblər:
3D zərgərlik dizaynı sahəsində iş təcrübəsi.
Rhino 3D proqramında peşəkar işləmək bacarığı.
Matrix proqramında sərbəst işləmək bacarığı.
Üzük, sırğa, boyunbağı, qolbaq və digər zərgərlik məmulatlarının 3D modelləşdirilməsi üzrə təcrübə.
Brilyant və rəngli daşların ölçüləri, oturuş formaları və modellərdə düzgün yerləşdirilməsi üzrə bilik.
Zərgərlik məmulatlarının texniki xüsusiyyətlərini və istehsal prosesinin tələblərini bilmək.
İstehsala yararlı, texniki cəhətdən düzgün 3D modellər hazırlamaq bacarığı.
Detallara diqqətli, yaradıcı və məsuliyyətli olmaq.
Yeni dizayn trendlərini izləmək və fərqli modellər yaratmaq bacarığı.
İş öhdəlikləri:
Yeni zərgərlik modellərinin 3D dizaynının hazırlanması.
Mövcud modellərin sifarişlərə uyğun dəyişdirilməsi və təkmilləşdirilməsi.
Müştəri tələblərinə uyğun fərdi dizaynların hazırlanması.
Hazırlanmış modellərin 3D renderlərinin və vizuallaşdırılmasının həyata keçirilməsi.
3D modellərin istehsala uyğun texniki yoxlanılması və hazırlanması.
İstehsalat komandası ilə koordinasiyalı işləmək.
İş şərtləri:
Əməkhaqqı: Təcrübə və peşəkar bacarıqlara uyğun olaraq razılaşma yolu ilə.
İş qrafiki: Həftədə 6 gün.
İş yeri: Bakı şəhəri.
Portfolio təqdim edilməsi mütləqdir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Son müraciət tarixi: 27.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/fancy-group-mmc-3d-zergerlik-dizayneri-157180
REKLAM














