Pirşağı Bağlar massivində, “Miracle” restoranının yaxınlığında, Qızılqum çimərliyinə cəmi 5 dəqiqəlik məsafədə yerləşən bağ evi satışa təqdim olunur. Əmlak Qarabağ lagerinin yaxınlığında yerləşir və rahat yaşayış üçün əlverişli mühitə malikdir.
Ümumi torpaq sahəsi 14 sot, evin ümumi tikili sahəsi isə 240 kv.m təşkil edir. Ev 2 mərtəbədən ibarətdir və yüksək keyfiyyətli materiallarla təmir olunub.
Planlaşma:
* 1-ci mərtəbədə geniş qonaq otağı, yataq otağı, mətbəx və sanitar qovşağı yerləşir.
* 2-ci mərtəbədə 4 yataq otağı və balkon mövcuddur.
Ev qaz, su, işıq və internetlə tam təmin olunub. İsitmə sistemi kombidir. Həyətyanı sahə tamet daşlarla döşənib.
Həyətdə əlavə olaraq:
* Bağban evi
* Yay mətbəxi
* Baseyn
* Manqalxana
* Besedka
* Sanitar qovşağı
* Nasosxana
* Müxtəlif meyvə və dekorativ ağaclar mövcuddur.
Ərazi müşahidə kameraları ilə tam təchiz edilib.
Sənəd: Çıxarış (kupça)
Qiymətə evdəki əşyalar da daxildir.
Real alıcı ilə qiymətdə endirim mümkündür.
Əlavə məlumat üçün əlaqə saxlaya bilərsiniz.
© Emil Ismayilov · evv.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.