
Bakı1
Baş mühasib
Baş mühasib
1 500 ₼
Analiz ediliyorDün
Açıklama
“Sahara Electronics” MMC komandamıza qoşulacaq, mühasibat uçotunun təkmilləşdirilməsi, maliyyə hesabatlılığının gücləndirilməsi və mühasibatlıq proseslərinin effektiv idarə olunmasını təmin edəcək Baş mühasib axtarışındadır.
Namizədin əsas məqsədi mövcud uçot sistemini qiymətləndirmək və təkmilləşdirmək, maliyyə məlumatlarının düzgünlüyünü təmin etmək, gəlir və xərclərə nəzarət mexanizmlərini inkişaf etdirmək, həmçinin mühasibatlıq komandasının fəaliyyətini koordinasiya etmək olacaq.
Vəzifə öhdəlikləri
Mövcud mühasibat uçotu sistemini qiymətləndirmək, çatışmazlıqları müəyyənləşdirmək və təkmilləşdirmə planını hazırlayaraq həyata keçirmək;
Şirkətin fəaliyyətinə uyğun uçot siyasətini, sənəd dövriyyəsini və daxili nəzarət mexanizmlərini hazırlamaq və tətbiq etmək;
1C proqramında idxal, alış, satış, anbar, kassa-bank, debitor və kreditor əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək;
Gömrük, nəqliyyat və digər idxal xərclərinin malların maya dəyərində düzgün əks etdirilməsinə nəzarət etmək;
Müştəri və təchizatçılarla hesablaşmaları və üzləşmə aktlarını təşkil etmək, anbar qalıqları ilə uçot məlumatlarının uyğunluğunu yoxlamaq;
Vergi, əməkhaqqı və digər məcburi hesabatların düzgün və vaxtında hazırlanmasını təmin etmək;
Aylıq bağlanış prosesini təşkil etmək, balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti üzrə hesabatları hazırlamaq;
Gəlir və xərclərin aylıq plan-fakt təhlilini aparmaq, kənarlaşmaları məbləğ və faizlə müəyyənləşdirmək, səbəblərini araşdıraraq rəhbərliyə təqdim etmək;
Mağazalar və fəaliyyət istiqamətləri üzrə gəlir, xərc və mənfəət hesabatlılığını qurmaq, xərclərin düzgün aid edilməsinə nəzarət etmək;
Büdcənin hazırlanmasında iştirak etmək, büdcədənkənar xərcləri və maliyyə risklərini vaxtında müəyyənləşdirmək;
Konsaltinq komandası ilə əməkdaşlıq etmək, razılaşdırılmış uçot qaydalarının və prosedurların gündəlik iş prosesində tətbiqini təmin etmək;
Mühasibatlıq əməkdaşları arasında iş bölgüsünü aparmaq, tapşırıqların icrasına və uçot məlumatlarının keyfiyyətinə nəzarət etmək;
Audit və dövlət yoxlamaları üçün tələb olunan sənədləri hazırlamaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını təşkil etmək.
Tələblər
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
Baş mühasib və ya mühasibatlıq rəhbəri vəzifəsində iş təcrübəsi;
İdxal və ticarət şirkətlərində uçot sisteminin qurulması və ya yenidən təşkili üzrə praktiki təcrübə;
Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini bilmək, qanunvericilikdəki dəyişiklikləri izləmək və praktikada tətbiq etmək bacarığı;
1C və Excel proqramlarında sərbəst işləmək bacarığı;
Maliyyə hesabatlarının hazırlanması, büdcə nəzarəti və gəlir-xərc üzrə plan-fakt təhlilinin aparılması bacarığı;
Komandanı idarə etmək, digər struktur bölmələri və konsaltinq komandası ilə işi əlaqələndirmək bacarığı;
Yüksək dəqiqlik, dürüstlük, analitik düşüncə və problemlərə praktik həll yolları təklif etmək bacarığı.
Üstünlük veriləcək təcrübə və biliklər
Çoxmağazalı və çoxanbarlı ticarət şirkətində iş təcrübəsi;
1C proqramında uçot və hesabatlılığın təkmilləşdirilməsi layihələrində iştirak;
PMS, ACCA və ya digər uyğun peşəkar sertifikatlara sahib olmaq.
İş şəraiti
İş yeri: Abşeron Ticarət Mərkəzi;
İş qrafiki: 6 günlük iş həftəsi;
Sabit əməkhaqqı: 1 500–2 000 AZN (namizədin təcrübə və bacarıqlarına uyğun olaraq);
Əlavə bonus: əvvəlcədən razılaşdırılmış KPI göstəricilərinin nəticələrinə əsasən.
Tələblərə uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur. Seçilmiş namizədlərlə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/202777/bas-muhasib
REKLAM










