Prayk

Biznes Əlaqələri üzrə Koordinator

600 ₼
Kontrol edildi3 hafta önce
Kategori
Satış
Tarih
Görüntülenme
11
Numara
№4007406

Açıklama

Caspian Energy Club komandası Biznes Əlaqələri üzrə Koordinator axtarır. Vəzifə öhdəlikləri Yeni korporativ müştərilərin və şirkətlərin aktiv şəkildə axtarılması, potensial şirkətlərin və qərarverici şəxslərin müəyyənləşdirilməsi və cəlb edilməsi Bazarın və müxtəlif sektorların araşdırılması, yeni şirkətlər bazasının formalaşdırılması və mütəmadi yenilənməsi Şirkət rəhbərləri və top-menecerlərlə əlaqələrin qurulması, görüşlərin planlaşdırılması, təşkili və keçirilməsi Şirkətlərə Caspian Energy Club-un üzvlüyünün, layihələrinin, tədbirlərinin və digər xidmətlərinin təqdim edilməsi Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi Danışıqların aparılması, satış prosesinin koordinasiyası və satış planlarının yerinə yetirilməsi Yeni satış imkanlarının və biznes inkişafı üzrə ideyaların müəyyənləşdirilməsi və irəli sürülməsi Görüşlər, satışlar və görülən işlər üzrə mütəmadi hesabatların hazırlanması Caspian Energy Club-u görüşlərdə, forumlarda, sərgilərdə, biznes tədbirlərində və digər platformalarda təmsil etmək Rəhbərliyin tapşırıqlarının operativ və məsuliyyətli şəkildə icra olunması Tələblər Yaş: 21–30 Korporativ satış və ya B2B satış sahəsində minimum 1 il iş təcrübəsi Azərbaycan dilində səlis danışıq və qrammatik yazı bacarığı — mütləqdir Rus və ya ingilis dillərini sərbəst danışıq səviyyəsində bilməsi və qrammatik yazı bacarığı üstünlükdür Şirkət rəhbərləri, top-menecerlər və qərarverici şəxslərlə ünsiyyət qurmaq bacarığı Güclü kommunikasiya, danışıqlar aparmaq, təqdimat və inandırma bacarığı Aktiv müştəri axtarışı, soyuq əlaqələr qurmaq və müştəri cəlb etmək bacarığı MS Office proqramları ilə işləmək bacarığı Məsuliyyətli, punktual, enerjili və nəticəyönümlü olmaq Stressə davamlı və intensiv iş rejiminə uyğunlaşa bilmək Komandada işləmək və rəhbərliyin tapşırıqlarını operativ icra etmək bacarığı Xarici və yerli biznes səfərlərində, forumlarda və tədbirlərdə iştirak etməyə hazır olmaq İşgüzar görünüş və peşəkar davranış Yeni biliklərə, inkişaf etməyə və karyera qurmağa yüksək motivasiya Üstünlük veriləcək Hazır korporativ müştəri bazası olan namizədlərə B2B satış, biznes inkişafı, marketinq, reklam və media sahəsində təcrübəsi olanlara Şirkət rəhbərləri və top-menecerlərlə iş təcrübəsi olanlara Aktiv networking və biznes tədbirlərində, forumlarda iştirak təcrübəsi olanlara Yeni şirkətləri və tərəfdaşları müstəqil şəkildə tapıb cəlb edə bilən namizədlərə Rəsmi qeydiyyat, əməkhaqqı və yüksək bonus İlk gündən rəsmi əmək müqaviləsi, maaşlar və bonuslar rəsmi maaş kartına ödənilir. Əməkhaqqı: 600–800 AZN Aylıq bonuslar: 1 500–4 500 AZN Nəticələrdən asılı olaraq ümumi gəlir daha yüksək ola bilər. Maraqlı olan namizədlər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərib, mövzu hissəsində “Biznes əlaqələri üzrə koordinator” qeyd etməlidirlər. Maaş: 600 AZN Son müraciət tarixi: 06.11.2026

İlanın kaynağı

Orijinal ilanı aç

© Caspian Energy Club jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM
WhatsApp