Prayk

Data analitik

Anlaşmalı
Kontrol edildiBugün

№6410257·Görüntülenme: 6

Açıklama

Vəzifə öhdəlikləri Müxtəlif mənbələrdən məlumatların əldə edilməsi, toplanması və emalı; Məlumatların təmizlənməsi, strukturlaşdırılması və təhlilə hazırlanması; SQL vasitəsilə məlumat bazalarından zəruri məlumatların əldə edilməsi və sorğuların hazırlanması; Microsoft Excel və Python vasitəsilə məlumatların emalı və təhlilinin aparılması; Təkrarlanan hesabatların və məlumat yükləmə proseslərinin Python və PL/SQL vasitəsilə avtomatlaşdırılması; Power BI vasitəsilə hesabatların və interaktiv dashboard-ların hazırlanması; Məlumat modellərinin qurulması və DAX ifadələrindən istifadə etməklə analitik göstəricilərin hesablanması; Məlumatlar üzrə tendensiyaların, qanunauyğunluqların və mümkün problemlərin müəyyən edilməsi; Analitik nəticələrin şərh edilməsi və biznes proseslərinin qiymətləndirilməsi; Biznes ehtiyaclarına uyğun hesabatların hazırlanması və müvafiq məlumatların təqdim edilməsi; Rəhbərliyin və aidiyyəti struktur bölmələrin qərarvermə prosesini dəstəkləyən analitik məlumatların təqdim olunması. Tələblər Analitik düşünmə və problemləri təhlil edərək həll etmə bacarığı; Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi; Diqqətlilik və detallara yüksək həssaslıq; Məsuliyyətlilik və tapşırıqları vaxtında icra etmək bacarığı; Məntiqi və sistemli düşünmə qabiliyyəti; Məlumatlarla işləməyə və araşdırma aparmağa maraq; Müstəqil qərarvermə və təşəbbüskarlıq; Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; Yeni bilik və texnologiyaları öyrənməyə, peşəkar inkişaf etməyə həvəs; Çevik düşünmə və dəyişən tələblərə uyğunlaşma bacarığı; Nəticəyönümlülük və biznes ehtiyaclarını anlama qabiliyyəti. 5 günlük iş qrafiki: 09:00 – 18:00 Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Data analitik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/209004/data-analitik
REKLAM