Tblisi Prospektində 20 Yanvar metrosuna yaxın ərazidə 3 otağı, 2 sanuzeli olan mənzil kirayə verilir. Grand Həyat / IST petrolla üzbəüz Neptun marketin yerləşdiyi binadır.
Mənzilin döşəməsi parketdir. Binada qaz yoxdur, mənzil fan coil isitmə-soyutma sistemi ilə təchiz olunub. Sanuzellərin döşəməsi isitməlidir. Mənzildə bütün lazımi əşya və texnika mövcuddur. Bütün texniki əşyalar yenidir. Mebellər xüsusi zövqlə seçilib və yüksək keyfiyyətlidir.
Mənzil 13-cü mərtəbədədir. Bina Şəhərin bütün mərkəzi nöqtələrinə çıxışı olan ərazidə yerləşir.
Bina tam təhlükəsiz binadır. Həyətində uşaqlar üçün oyun meydançası, böyüklər üçün idman meydançası, fitness zalı mövcuddur.
Mənzil hər zaman səliqəli, təmiz saxlanılmışdır. Özümə aiddir. Ailələr üçün nəzərdə tutulub. Sadəcə ciddi şəxslərin əlaqə saxlaması xahiş olunur.
© Fərid · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.