SƏBAİL RAYONUNDA PREMİUM DUPLEX MƏNZİL / OFİS İCARƏYƏ VERİLİR
Səbail rayonunda, Bülbül və 28 May küçələrinin kəsişməsində, Nizami Kino Teatrının yanında, Cartier mağazasının üzərində yerləşən, ümumi sahəsi 240 m² olan geniş və funksional duplex mənzil icarəyə verilir.
Mənzil həm yaşayış, həm də ofis kimi istifadə üçün ideal seçimdir. Şəhərin mərkəzində yerləşməsi, geniş sahəsi və funksional planlaşdırılması obyekti xüsusilə biznes fəaliyyəti üçün əlverişli edir.
Mənzilin xüsusiyyətləri:
• Ümumi sahə — 240 m²
• 7 otaq
• 2 geniş zal
• 2 mətbəx
• 3 sanitar qovşaq
• Müasir standartlara uyğun yeni quraşdırılmış lift
• 4 mərtəbəli binada yerləşir
• Duplex planlaşdırma
• Ofis fəaliyyəti üçün əlverişli və funksional məkan
PRESTİJLİ VƏ MƏRKƏZİ LOKASİYA
Yaxın ətrafında Nizami Kino Teatrı, biznes mərkəzləri, metro, restoranlar, kafelər, mağazalar və digər iaşə və xidmət obyektləri yerləşir. Torgovaya ərazisinə piyada məsafəsində olması isə obyektin lokasiya baxımından əsas üstünlüklərindən biridir.
Mərkəzi yerləşməsi sayəsində obyekt şirkət ofisi, baş ofis, hüquq və konsaltinq şirkəti, maliyyə qurumu, təlim mərkəzi, nümayəndəlik və digər biznes fəaliyyətləri üçün olduqca əlverişlidir.
Geniş sahəsi və çoxotaqlı planlaşdırılması müxtəlif iş zonalarının, rəhbər otaqlarının, iclas zalının və qəbul bölməsinin rahat şəkildə təşkilinə imkan verir.
ƏLAVƏ MƏLUMAT
Mənzilə baxış keçirmək üçün əvvəlcədən vaxt təyin etməyiniz xahiş olunur.
Şirkətin xidmət haqqı — icarə məbləğinin 50%-ni təşkil edir.
© Elan sahibi · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.