Prayk
İnformasiya Texnologiyaları üzrə dəstək Mütəxəssisi — İT, telekommunikasiya
800 ₼

İnformasiya Texnologiyaları üzrə dəstək Mütəxəssisi

Kontrol edildiDün

№6437410·Görüntülenme: 13

Açıklama

Vəzifə öhdəlikləri: Şirkət üzrə istifadəçi sorğularının qəbul edilməsi, qeydiyyatı və prioritetləşdirilməsi. Kompüter, elektron poçt, şəbəkə girişi, printer və proqram təminatı ilə bağlı yaranan texniki problemlərin həll edilməsi. İlk xətt üzrə həll olunmayan hadisələrin qərar verilməsi üçün bölmə müdirinə yönləndirilməsi. İstifadəçi giriş hüquqlarının bölmə müdirinin qərarı əsasında icra edilməsi. Kiçik mütəxəssisin gündəlik sorğularının iş bölgüsünə uyğun icrasına dəstək göstərilməsi və koordinasiyası (kiçik mütəxəssis birbaşa tabeliyində deyil). Avadanlıqların qəbulu, təhvil-təslimi və sadə inventar uçotunun aparılması. Məsul olduğu hadisələr üzrə görülmüş işlərin nəticələrini müstəqil və ya rəhbəri ilə birlikdə təqdim edə bilməsi. Giriş hüquqları və sistem dəyişiklikləri üzrə qərarların bölmə müdiri tərəfindən verilməsi, icraya və prosesə nəzarətin isə İcraçı Direktor tərəfindən həyata keçirilməsi. Namizədə tələblər Yaş: 20 – 40; Ali təhsil; İnformasiya texnologiyaları və ya kompüter üzrə ali və ya orta ixtisas təhsili Minimum 3 il helpdesk, texniki dəstək və ya sistem inzibatçılığı sahəsində iş təcrübəsi Windows mühiti, poçt, şəbəkənin əsasları və ofis proqramları Sorğu qeydiyyatı və hadisənin prioritetə ayrılması İstifadəçi ilə sakit və aydın ünsiyyət İngilis dili — pre‐intermediate və yuxarı Dəqiqlik və xidmət intizamı; İş rejimi və əmək haqqı: Əmək haqqı – ilkin 800 AZN İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək) Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnformasiya Texnologiyaları üzrə dəstək Mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Maaş: 800 AZN Son müraciət tarixi: 27.12.2026

İlanın kaynağı

Orijinal ilanı aç

© M-Trans jobsearch.az · İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM