Prayk
İnformasiya və texnologiya üzrə menecer (İT Manager) — İT, telekommunikasiya, Bakı
Anlaşmalı

İnformasiya və texnologiya üzrə menecer (İT Manager)

Kontrol edildiBugün
Şehir
Bakı
Tarih
Numara
№4076625

Açıklama

İş haqqında məlumat: Hotelin bütün İT sistemlərinin, şəbəkə infrastrukturunun, proqram təminatlarının və İT avadanlıqlarının fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək;Kompüter, printer, POS, telefon, server, şəbəkə avadanlıqları və digər İT sistemlərinin texniki vəziyyətinə nəzarət etmək;Hotel əməkdaşlarının İT ilə bağlı müraciətlərinin vaxtında qəbul edilməsini və operativ şəkildə həll olunmasını təmin etmək;Hotelin lokal şəbəkəsinin, internet bağlantısının, Wi-Fi sistemlərinin və digər kommunikasiya infrastrukturunun fasiləsiz fəaliyyətinə nəzarət etmək;Serverlər, istifadəçi kompüterləri, şəbəkə avadanlıqları və digər sistemlərin idarə olunmasını və texniki xidmətini təşkil etmək;Proqram təminatlarının quraşdırılması, yenilənməsi, lisenziyalarının idarə olunması və texniki problemlərinin aradan qaldırılmasını təmin etmək;Hotelin istifadə etdiyi Opera proqramının, e-mail, təhlükəsizlik və digər İT sistemlərinin düzgün işləməsinə nəzarət etmək və yaranan problemlərin həllini koordinasiya etmək;İstifadəçi hesablarının, giriş səlahiyyətlərinin, parolların və digər giriş hüquqlarının idarə edilməsini təşkil etmək;Hotelin İT təhlükəsizliyi, məlumatların qorunması, ehtiyat nüsxələrin (backup) yaradılması və informasiya təhlükəsizliyi prosedurlarının tətbiqinə nəzarət etmək;İT avadanlıqlarının inventar uçotunu aparmaq, texniki vəziyyətini və istifadə müddətini izləmək, zəruri hallarda yenilənməsi və dəyişdirilməsi ilə bağlı təkliflər hazırlamaq;Hotelin İT infrastrukturunun müasir texnologiyalara uyğun inkişaf etdirilməsi və optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq. Tələblər: İT sahəsində minimum 3–5 il iş təcrübəsi, rəhbər və ya İT Menecer vəzifəsində təcrübə üstünlükdür;Hotel sektorunda İT sistemlərinin idarə olunması üzrə iş təcrübəsi üstünlükdür;Opera proqramında peşəkar səviyyədə bilik və praktiki iş təcrübəsi mütləqdir;İT infrastrukturu, kompüter avadanlıqları, serverlər və şəbəkə sistemləri üzrə yaxşı bilik;Windows əməliyyat sistemləri, Microsoft 365/MS Office və sistem inzibatçılığı üzrə praktiki biliklər;Server, backup və istifadəçi hesablarının idarə edilməsi üzrə təcrübə;Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək (İngilis dili biliyi üstünlükdür) ;Məsuliyyətli, operativ, analitik düşüncəli və nəticəyönümlü olmaq.İş qrafiki:Tam iş günü, 5 günlük iş həftəsi;İş qrafiki: 09:00–18:00;Nahar şirkət tərəfindən təmin olunur. Maaş: Ə/h razılaşma ilə Son müraciət: 21/10/2026