
Rəqəmsal məhsullara dəstək üzrə mütəxəssis (Helpdesk)

Anlaşmalı
Rəqəmsal məhsullara dəstək üzrə mütəxəssis (Helpdesk)
Kontrol edildiDün
ŞehirBakı
Tarih
Numara№3995499
Açıklama
• Qurum əməkdaşlarından telefon, e-poçt, ITSM platforması və self-service portal vasitəsilə daxil olan insident və xidmət sorğularının qəbul edilməsi, qeydiyyata alınması, kateqoriyalaşdırılması və prioritetləşdirilməsi; • Birinci səviyyədə (L1) həll olunmayan insidentlər üzrə ikinci səviyyə (L2) texniki dəstəyin göstərilməsi və təyin olunmuş sorğuların SLA müddətləri çərçivəsində həll edilib bağlanması; • Həll edilməyən insidentlərin prosedur qaydalara uyğun olaraq üçüncü səviyyəyə (L3) və ya aidiyyəti şöbələrə eskalasiya edilməsi; • Fərdi kompüterlərin, printerlərin, skanerlərin və digər ofis avadanlıqlarının, əməliyyat sistemlərinin, drayverlərin və proqram təminatının quraşdırılması, konfiqurasiyası və texniki dəstəyi; • Avadanlıq nasazlıqlarının yerində diaqnostikası və bərpası, zəmanət və ya servis müqaviləsi çərçivəsində təmirlər üzrə servis təşkilatları ilə koordinasiya; • Yeni iş yerlərinin hazırlanması, mövcud iş yerlərinin köçürülməsi və planlı profilaktik texniki xidmət işlərinin yerinə yetirilməsi; • Lokal şəbəkə və internet bağlantısı problemlərinin ilkin diaqnostikası (IP konfiqurasiyası, DNS, DHCP) və zərurət olduqda aidiyyəti şöbəyə ötürülməsi, VPN və uzaqdan giriş xidmətləri üzrə istifadəçilərə dəstək; • İstifadəçi hesablarının (Active Directory, MFA) yaradılması, idarə edilməsi və işdən çıxan əməkdaşların hesablarının bağlanması, təsdiq edilmiş müraciət əsasında hüquqların verilməsi/geri alınması; • Məlumat təhlükəsizliyi siyasətlərinə riayət edilməsi və aşkar olunan pozuntular barədə aidiyyəti struktur bölməsinə məlumat verilməsi; • Ofis avadanlıqlarının inventarlaşmasında iştirak, CMDB və ya ITAM sistemində məlumatların daxil edilməsi və yenilənməsi, avadanlıq və hissələrin akt əsasında anbara təhvil-təslimi; • Sərfiyyat materiallarının (kartric, toner və s.) vaxtında yenilənməsi üçün təchizat şöbəsi ilə koordinasiya aparılması; • Həll yollarının bilik bazasına (Knowledge Base) daxil edilməsi, texniki təlimatların və istifadəçi bələdçilərinin hazırlanması; • Aylıq insident statistikası, SLA performansı və avadanlıq vəziyyəti üzrə hesabatların hazırlanmasında iştirak edilməsi; • Təkrarlanan insidentlərin müəyyən edilməsi və kök səbəb təhlili (Root Cause Analysis) prosesində iştirak edilməsi; • Yeni əməkdaşların İT onboarding prosesinin həyata keçirilməsi, əməkdaşlara ofis proqramları və informasiya təhlükəsizliyi qaydaları üzrə qısa təlimatların verilməsi; • Vəzifə səlahiyyətləri çərçivəsində şöbə müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
İnformasiya texnologiyaları və ya texniki ixtisas üzrə ali təhsil;İT texniki dəstək sahəsində minimum 2 il iş təcrübəsi;Windows və Linix əməliyyat sistemləri üzrə bilik;Active Directory, GPO, DNS, DHCP, TCP/IP üzrə təcrübə;ITSM alətləri (Jira, ServiceNow və ya analoqu) ilə iş təcrübəsi;Ofis avadanlıqlarının (PC, printer, skaner) quraşdırılması, diaqnostikası və təmiri üzrə praktiki bilik;VPN və uzaqdan giriş texnologiyaları üzrə praktiki bilik;Monitorinq alətləri ilə iş təcrübəsi (üstünlük);ITIL 4/ITIL 5 sertifikatı və ya müvafiq bilik (üstünlük);Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı, ingilis dili (texniki sənədləri oxumaq səviyyəsində);İstifadəçilərlə effektiv ünsiyyət, analitik düşüncə və problem həll etmə bacarığı;Texniki sənədləşmə və hesabat hazırlama bacarığı.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Orta səviyyəli
Şirkət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/idda/idda-reqemsal-mehsullara-destek-uzre-mutexessis-helpdesk-14157777/apply
Benzer ilanlar















