
Bakı2
Kiçik hüquqşünas
Kiçik hüquqşünas
1 000 ₼
Kontrol edildiDün
Açıklama
📢 Azərbaycan Sənaye Sığorta şirkətinə Kiçik hüquqşünas axtarırıq!Əsas vəzifə və öhdəliklər:• Korporativ sənədlərin, qərarların, protokolların və etibarnamələrin hazırlanmasına dəstək göstərmək;• Təsis sənədlərinin yenilənməsi və korporativ dəyişikliklərin hüquqi rəsmiləşdirilməsində iştirak etmək;• Müqavilə layihələrinin ilkin hüquqi ekspertizasını aparmaq və düzəliş təklifləri hazırlamaq;• Daxili qayda və prosedurların hüquqi ekspertizasında iştirak etmək;• Hüquqi yazışmaların, arayış və hesabatların hazırlanmasına dəstək göstərmək;• Hüquqi sənədlərin uçotunu, reyestrini və arxivləşdirilməsini təmin etmək;• Qanunvericilikdəki dəyişiklikləri izləmək və hüquqi risklərin təhlilinə dəstək göstərmək.Namizədə tələblər:• Hüquq ixtisası üzrə ali təhsil;• Hüquq sahəsində minimum 1 il iş təcrübəsi;• Korporativ hüquq və mülki qanunvericilik üzrə biliklər;• Korporativ sənədlərin və müqavilələrin hazırlanması bacarığı;• MS Office proqramları ilə işləmək bacarığı.📩 Müraciət üçün: CV-nizi [email protected] ünvanına mövzu hissəsində “Kiçik hüquqşünas” qeyd etməklə göndərin.
REKLAM











