Prayk
Kontent menecer/ Kopirayter — Marketing, reklam, PR, Bakı
Anlaşmalı

Kontent menecer/ Kopirayter

Kontrol edildiDün
Şehir
Bakı
Tarih
Görüntülenme
1
Numara
№3635079

Açıklama

İş haqqında məlumat: Şirkətin layihələri üzrə hazırlanan mətnlərin yoxlanılması və redaktə edilməsi, onların dil, üslub və məna baxımından düzgünlüyünün təmin edilməsi;Sosial media, reklam kampaniyaları, veb-sayt, təqdimatlar və digər kommunikasiya kanalları üçün mətnlərin hazırlanması;Sosial media paylaşımları, Reels və digər video formatları üçün kontent ideyalarının və ssenarilərin hazırlanması;Layihələrin kommunikasiya strategiyasına və brend üslubuna uyğun kontentin hazırlanmasının təmin edilməsi;Kontent planının hazırlanması, plana uyğun materialların vaxtında paylaşılmasının təmin edilməsi;Hazırlanmış kontent və ssenarilər əsasında foto və video çəkilişlərin planlaşdırılması və koordinasiyası;Çəkilişlər üçün texniki tapşırıqların, ssenarilərin, kadr planlarının və digər zəruri materialların hazırlanması;Fotoqraf, videoqraf, prodakşn komandası, modellər və digər çəkiliş iştirakçıları ilə işin koordinasiyası;Çəkiliş zamanı materialların təsdiq edilmiş ssenariyə və kontent konsepsiyasına uyğunluğuna nəzarət edilməsi;Çəkiliş nəticəsində əldə olunan foto və video materialların ilkin yoxlanılması, uyğun materialların seçilməsi və zəruri düzəlişlərin bildirilməsi;Video materialların montajdan sonrakı versiyalarının mətn, kadr ardıcıllığı və ümumi kommunikasiya baxımından yoxlanılması;Reklam materiallarında istifadə olunan başlıqların, sloqanların və digər mətnlərin hazırlanması və redaktə edilməsi;Kontentin Azərbaycan dilində qrammatik, leksik və üslubi baxımdan düzgünlüyünün təmin edilməsi;Bütün kommunikasiya materiallarında vahid brend dilinin və üslubunun qorunmasına nəzarət edilməsi;Qrafik dizayner, rəqəmsal komanda, targetoloq və digər aidiyyəti əməkdaşlarla koordinasiyalı şəkildə işləyərək kontentin vaxtında və müəyyən edilmiş standartlara uyğun hazırlanmasının təmin edilməsi;Kontent və çəkilişlər üzrə müəyyən edilmiş son tarixlərə (deadline) nəzarətin təmin edilməsi və işlərin vaxtında tamamlanmasının təmin edilməsi.İş şəraiti: Bakı şəhəri;5 günlük iş həftəsi (09:00 – 18:00);Əmək haqqı: 1200-1500 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir). Tələblər: Ali təhsil;Kontent yaradılması və kopiraytinq sahəsində minimum 1 il iş təcrübəsi;Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, yüksək yazılı nitq və redaktə bacarığı;Kreativ düşüncə və müxtəlif formatlar üçün kontent ideyaları hazırlamaq bacarığı;Sosial media platformaları və müasir kontent formatları haqqında bilik;Komanda və podratçılarla effektiv kommunikasiya və koordinasiya bacarığı;Eyni zamanda bir neçə layihə üzrə işləmək, prioritetləri düzgün müəyyənləşdirmək və son tarixlərə riayət etmək bacarığı;Detallara diqqət və yüksək məsuliyyət. Maaş: Ə/h razılaşma ilə Son müraciət: 16/10/2026

Benzer ilanlar