Prayk
Marketinq direktoru — Marketing, reklam, PR
2 500 ₼

Marketinq direktoru

Kontrol edildiDün
Tarih
Numara
№3660510

Açıklama

Vəzifə öhdəlikləri: Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi; Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının işlənməsi və tətbiqi; Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi; Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması; SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması; Performansa əsaslanan KPI-lərin müəyyənləşdirilməsi və izlənilməsi; Brend mövqeyinin gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsi; Web analitikası alətləri (Google Analytics, Hotjar, Yandex.Metrika və s.) vasitəsilə nəticələrin təhlili; Satış komandası ilə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi; Müştəri seqmentlərinin müəyyən edilməsi və CRM sistemləri vasitəsilə müştəri bazasının inkişaf etdirilməsi; Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması; Komandanın idarə olunması, motivasiyası və inkişaf planlarının hazırlanması; PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili; Marketinq, media və PR agentlikləri ilə əməkdaşlığın idarə edilməsi; Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarının davamlı izlənməsi və təhlili. Kvalifikasiya tələbləri: Təhsil: Ali təhsil (Müvafiq sahə üzrə təhsil) İş təcrübəsi: 6 il Marketinq sahəsində iş təcrübəsi, 3 il marketinq meneceri olaraq iş təcrübəsi; Tələb olunan bilik və bacarıqlar: Rəqəmsal marketinq kanallarının idarə olunması (SEO, SEM, SMM, E-mail marketing və s.); Google Ads, Meta Ads, Tiktok Ads, LinkedIn Ads və analitika alətləri ilə işləmək bacarığı; SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər; Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə biliklər; Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı; Stratejik düşünmə və analitika bacarığı; Layihələrin idarə edilməsi bacarığı; Komandada iş və qarşılıqlı əməkdaşlıq bacarığı; Effektiv kommunikasiya bacarığı; Problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı; Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı; Azərbaycan dilində səlis yazılı və şifahi nitq (ingilis və rus dillərinin bilməsi üstünlükdür); Təklif edirik: Əmək haqqı: 2500 – 3500 AZN + (satış nəticələrinə və KPI göstəricilərinə uyğun əlavə bonuslar); İş qrafiki: 09:00 - 18:00 Nahar şirkət tərəfindən təmin edilir; Gənc və peşəkar komanda ilə dinamik iş mühiti; Tələblərə cavab verən namizədlər “Marketinq direktoru” başlığı ilə öz CV və portfellərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 2500 AZN Son müraciət tarixi: 02.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/improve-group-marketinq-direktoru-152907

Benzer ilanlar