
Marketinq şöbəsinin rəhbəri

Anlaşmalı
Marketinq şöbəsinin rəhbəri
Kontrol edildi2 gün önce
Tarih
Numara№3542455
Açıklama
Barattson “Marketinq şöbəsinin rəhbəri” vəzifəsi üzrə vakansiya elan edir:
Əsas vəzifə öhdəlikləri:
Şirkətin marketinq strategiya və planını işləyib hazırlamaq;
Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
AI və müasir marketinq alətlərindən istifadə etməklə marketinq proseslərinin effektivliyinin artırılması;
Rəqəmsal marketinq kampaniyalarının (social media, performance, e-mail və s.) planlanması və idarə olunması;
Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi;
Brend mövqeləndirilməsinin gücləndirilməsi və kommunikasiya strategiyasının qurulması;
Şirkətin xidmətləri haqqında təqdimatlar hazırlamaq və təqdim etmək;
Şirkətin sayt və sosial media hesablarına nəzarət etmək, daimi yenilənməsini təmin etmək;
Şirkətin sosial şəbəkələrdə PR-nın aparılması, sosial səhifənin daha çox tanıdılması və inkişaf etdirililməsini təmin etmək;
Xidmət sahələri üzrə satış hədəfləri müəyyənləşdirmək və onlara çatmağa nail olmaq;
PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
Marketinq komandasını peşəkarcasına idarə etmək və kreativ mühit yaratmaq;
Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Əsas tələblər:
Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır);
Marketinq menecer/rəhbər üzrə ən azı 5 il iş təcrübəsi;
Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili mükəmməl;
Strateji düşünmə və analitika bacarığı;
Çevik işləmək bacarığı.
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır.
İş qrafiki: 5 iş günü, saat 10:00 – 19-00
Namizədlərdən CV formaların Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Marketinq şöbəsinin rəhbəri” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
Son müraciət tarixi: 01.11.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Barattson jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
Benzer ilanlar






Azersun Holding

Satıram








