
Bakı2
Korporativ satış üzrə menecer
Korporativ satış üzrə menecer
700 ₼
Kontrol edildiBugün
Açıklama
Vəzifə öhdəlikləri
Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerlərdə məhsul çeşidliyi və qiymət təklifləri ilə bağlı təqdimatların keçirilməsi, yeni satış imkanlarının müəyyənləşdirilməsi və müştəri portfelinin genişləndirilməsi;
Müştərilərdən daxil olan sorğuların təhlili, tələblərə uyğun qiymət və kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
Müştərilər, vendorlar və təchizatçılarla məhsul, qiymət, mövcudluq və çatdırılma şərtləri üzrə danışıqların aparılması;
Müqavilələrin hazırlanması və bağlanması prosesinin əlaqələndirilməsi, qiymətlərin razılaşdırılması protokollarının və təhvil-təslim sənədlərinin tərtib edilməsi;
Sifarişlərin qəbulundan təhvil verilməsinədək prosesin aidiyyəti bölmələrlə koordinasiyası və razılaşdırılmış şərtlərin icrasının izlənilməsi;
Satış və tender sənədlərinin sistemli uçotunun aparılması, görülən işlər və satış nəticələri barədə hesabatların hazırlanması.
Namizədə tələblər
Cinsi: Bəy namizəd
Ali təhsil — iqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və ya informasiya texnologiyaları üzrə təhsil üstünlük hesab olunur;
Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi, yeni müştərilərin cəlb edilməsi və satış hədəflərinin yerinə yetirilməsi üzrə nümayiş etdirilə bilən nəticələr;
B2B satış prosesini potensial müştərinin müəyyənləşdirilməsindən müqavilənin bağlanmasına və sifarişin icrasının izlənilməsinədək müstəqil idarə etmək bacarığı;
1C proqramını yüksək səviyyədə bilmək;
Maya dəyəri, satış qiyməti, mənfəət marjası və endirimlərin maliyyə nəticələrini hesablamaq, kommersiya baxımından əsaslandırılmış təkliflər hazırlamaq bacarığı;
Müştəri portfelini sistemli idarə etmək, satış proqnozları hazırlamaq və fəaliyyət nəticələri barədə dəqiq hesabat təqdim etmək bacarığı;
Yüksək iş tempi və paralel sorğular şəraitində prioritetləri düzgün müəyyənləşdirmək, vaxt məhdudiyyətləri daxilində dəqiqliyi və iş keyfiyyətini qorumaq bacarığı;
Analitik düşüncə, kommersiya yönümlü yanaşma, təşəbbüskarlıq, məsuliyyətlilik və kommersiya məlumatlarının məxfiliyinə riayət etmək;
Rus və ingilis dillərində işgüzar ünsiyyət bacarığı, həmçinin yerli korporativ bazarda formalaşmış müştəri portfeli və işgüzar əlaqələrin olması üstünlük hesab olunur.
İş şəraiti
İş yeri: Bakı
İş rejimi: Tam iş günü, 5/2
Əmək haqqı: 700 AZN net sabit maaş + əlavə olaraq mənfəətə bağlı bonus (2000 AZN).
CV-nizi və portfolionuzu Korporativ satış üzrə meneceri başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/207031/korporativ-satis-uzre-menecer
REKLAM









