Prayk

Marketinq üzrə kiçik mütəxəssis

Anlaşmalı
Kontrol edildiDün

№6408052·Görüntülenme: 8

Açıklama

Namizədə tələblər: Instagram, Facebook, TikTok və LinkedIn platformalarının idarə olunması üzrə bilik və praktiki bacarıq; Sosial media hesabları üçün kontent planının hazırlanması və paylaşım təqviminin idarə edilməsi; Meta Business Suite vasitəsilə paylaşımların planlaşdırılması, səhifələrin idarə edilməsi və statistik göstəricilərin izlənilməsi; Canva proqramında sosial media paylaşımları, reklam vizualları və qrafik materialların hazırlanması; CapCut vasitəsilə video çəkilişlərin montajı, redaktəsi və sosial media formatlarına uyğunlaşdırılması; Foto və video çəkilişlərinin təşkili, kontent üçün yaradıcı ideyaların hazırlanması; ChatGPT və digər süni intellekt (AI) alətlərindən istifadə bacarığı; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı, rus dili biliyi mütləq, ingilis dili biliyi arzuolunandır; Kreativ düşüncə, vizual zövq və güclü kommunikasiya bacarığı; Marketinq trendlərini və sosial media yeniliklərini izləmək bacarığı; Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı. İş şəraiti və üstünlüklər: Premium idman zalından ödənişsiz istifadə imkanı; Nahar yeməyi; İş fəaliyyəti üçün zəruri çəkiliş avadanlıqları və mobil telefonun təqdim edilməsi; Həftədə 5 iş günü, 2 istirahət günü; Rəsmi bayram günlərində istirahət; Rahat və peşəkar iş mühiti. İş qrafiki: 09:00–18:00 İş yeri: Yasamal rayonu, Üç Tac yaşayış kompleksi. Marketinq sahəsində inkişaf etmək və komandamızın bir hissəsi olmaq istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Marketinq üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/209100/marketinq-uzre-kicik-mutexessis
REKLAM