№6403912·Görüntülenme: 13
İş şəraiti
İş yeri: Baş ofis
Şəhər: Bakı
İş rejimi: Tam iş günü
İş qrafiki: 5 günlük
Vəzifə öhdəlikləri
Şirkətin brendləri üzrə marketinq strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək;
Bazar araşdırmaları aparmaq, rəqib şirkətlərin fəaliyyətini və bazar tendensiyalarını təhlil etmək;
Hədəf auditoriyasını müəyyənləşdirmək, müştəri bazasının genişləndirilməsi və müştəri loyallığının artırılması istiqamətində tədbirlər həyata keçirmək;
Marketinq kampaniyaları, reklam aksiyaları və tanıtım tədbirlərini planlaşdırmaq və təşkil etmək;
SMM və PR strategiyasını müəyyənləşdirmək, sosial media fəaliyyətini və kontent planlarını idarə etmək;
Şirkətin reklam, tanıtım və vizual kommunikasiya materiallarını hazırlamaq, qrafik dizayn işlərini həyata keçirmək;
Filialların vizual tərtibatına, vitrinlərin və mağazadaxili reklam materiallarının brend standartlarına uyğunluğuna nəzarət etmək;
Mağaza və kafe interyerinin, müştəri təcrübəsini və brend imicini yaxşılaşdırmağa yönəlmiş vizual təkmilləşdirmə təklifləri hazırlamaq;
Şirkətin media və ictimaiyyətlə əlaqələrini idarə etmək, KİV-də yayımlanan məlumatları, press-relizləri və sosial media fəaliyyətini izləmək;
Marketinq komandasının fəaliyyətini təşkil etmək, tapşırıqları bölüşdürmək və nəticələrə nəzarət etmək;
Marketinq fəaliyyətinin effektivliyini təhlil etmək, nəticələr üzrə hesabatlar hazırlamaq və təkmilləşdirmə təklifləri irəli sürmək.
Namizədə tələblər
Marketinq, menecment, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
Marketinq sahəsində minimum 5 il iş təcrübəsi;
Rəqəmsal marketinq, SMM və PR istiqamətləri üzrə bilik və təcrübə;
Kreativ kontent və reklam ideyaları hazırlamaq bacarığı;
Adobe Photoshop, Adobe Illustrator, Canva və digər qrafik dizayn proqramları ilə işləmək bacarığı;
Reklam bannerləri, posterlər, flayerlər, kataloqlar və digər vizual materialları müstəqil hazırlamaq bacarığı;
Bazar araşdırması aparmaq, məlumatları təhlil etmək və nəticə çıxarmaq qabiliyyəti;
Effektiv kommunikasiya və komanda ilə işləmək bacarığı;
Strateji düşünmə, planlaşdırma və vaxtın idarə edilməsi bacarığı;
Təşəbbüskarlıq, kreativlik və yüksək məsuliyyətlilik.
İş şəraiti
Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
Peşəkar və dinamik iş mühiti;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq üzrə baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 26.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-marketinq-uzre-bas-mutexessis-157025