Prayk
Müştəri təcrübəsi üzrə aparıcı mütəxəssis — Marketing, reklam, PR, Bakı
Anlaşmalı

Müştəri təcrübəsi üzrə aparıcı mütəxəssis

Kontrol edildiBugün
Şehir
Bakı
Tarih
Görüntülenme
4
Numara
№6087190

Açıklama

Mağazalar, onlayn satış, əlaqə mərkəzi, çatdırılma, quraşdırılma və servis üzrə müştəri təcrübəsinin təhlil edilməsi;Müştəri səyahəti xəritələrinin (CJM) hazırlanması, problemli məqamların müəyyənləşdirilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi;NPS, CSAT və CES sorğularının, müştəri müsahibələrinin və alış etməyən müştərilərlə araşdırmaların planlaşdırılması və həyata keçirilməsi;Sorğu anketlərinin hazırlanması, hədəf auditoriyanın, seçmə həcminin və sorğuların keçirilmə vaxtının müəyyən edilməsi;Müştəri rəylərinin, şikayətlərinin və təkrar müraciətlərinin təhlil edilməsi, narazılıqların əsas səbəblərinin müəyyənləşdirilməsi;Mağaza, kanal, region və xidmət mərhələləri üzrə hesabatların hazırlanması, nəticə və tövsiyələrin rəhbərliyə təqdim edilməsi;Aidiyyəti bölmələrlə təkmilləşdirmə planlarının razılaşdırılması, icra prosesinin və nəticələrin izlənilməsi;Mənfi rəy bildirən müştərilərlə geri dönüş prosesinə və problemlərin həllinə nəzarət edilməsi;IT, BI və CRM komandaları ilə sorğuların, məlumatların toplanması və hesabatların avtomatlaşdırılması prosesində iştirak edilməsi. Tələblər: Ali təhsil;Müştəri təcrübəsi, müştəri araşdırmaları, xidmət keyfiyyəti və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;Kəmiyyət və keyfiyyət araşdırmalarının planlaşdırılması, keçirilməsi və nəticələrinin təhlili üzrə praktiki təcrübə;NPS, CSAT və CES metodologiyaları, seçmənin formalaşdırılması və müştəri seqmentasiyası üzrə biliklər;Müştəri səyahəti xəritələrinin (CJM) hazırlanması və problemlərin kök səbəblərinin təhlili bacarığı;Excel proqramında sərbəst işləmək bacarığı (Pivot cədvəllər, düsturlar, məlumatların emalı və yoxlanılması);Hesabatların hazırlanması, göstəricilərin düzgün şərh edilməsi və nəticələrin təqdim olunması bacarığı;Təhlil nəticələrini konkret fəaliyyət planına çevirmək və dəyişikliklərin effektivliyini ölçmək bacarığı;Analitik düşüncə, detallara diqqət, məsuliyyət və müstəqil işləmək bacarığı;Müxtəlif bölmələrlə səmərəli əməkdaşlıq və layihələrin icrasını koordinasiya etmək bacarığı;Power BI, Power Query, SQL bilikləri və CRM sistemləri ilə iş təcrübəsi arzuolunandır;Pərakəndə satış və ya elektron ticarət sahəsində təcrübə, həmçinin ingilis dili biliyi üstünlükdür. Vakansiya növü: Tam ştat Şirkət: Kontakt Home Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/abc-telecom/abc-telecom-musteri-tecrubesi-uzre-aparici-mutexessis-8350707/apply
REKLAM