Uşaqların erkən nitqi daha çox ətraflarında gördükləri obyektlərin adı və müxtəlif emosiyalarını bildirən səslərdən ibarət olur. Bu səbəbdən kitabda 100 ən çox işlənən sözdən əlavə, həmçinin emosiyalar, heyvan səsləri və antonimlər də yer alıb. Eyni zamanda, kitabın içində uşağınızın “burun”, “ağız”, “saç” kimi sözləri əyləncəli şəkildə öyrənməsi üçün öz əksini görə biləcəyi güzgü də var. “Mənim ilk 100 sözüm” kitabındakı söz və ifadələr uşaqların ilk sözləri ilə bağlı aparılan beynəlxalq araşdırmalara əsaslanır. Hər bir söz uşağın asanlıqla anlayacağı sadə bir şəkillə təsvir edilib. Kitabda kiçikyaşlı uşaqlar bu sözləri həm azərbaycanca, həm də ingiliscə öyrənəcəklər. Həmçinin hər səhifədə övladınızla söhbət etmək üçün ilham mənbəyi ola biləcək rəngarəng şəkillər tapa bilərsiniz.
Müəllif: Annamariya Zink
Nəşriyyat: 3 Alma
Dil: AZE
Cild: bərk
Səhifə sayı: 16
© libraff.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.