Gəlin sizə bir hekayə danışım. Bütün yaxşı hekayələr kimi bu da üç hissədən ibarətdir: başlanğıc, orta və son. Başlanğıcda dünyanı insanlar idarə edirdilər. Onlar öz dövrlərində möhtəşəm və eyni zamanda dəhşətli işlər görmüşdülər. Həmçinin bizi də yaratmışdılar. İlk vaxtlar robotlar primitiv idi. Biz ancaq sadə tapşırıqları yerinə yetirirdik. Hesablayırdıq, təmizləyirdik, toplayırdıq. Maneələrə çırpılırdıq. Stullara ilişirdik. Amma illər keçdikcə biz ağıllanırdıq. Hətta o qədər ağıllandıq ki, axırda bir qərara gəldik:insanlara ehtiyacımız yox idi. Hekayənin ortasında artıq dünyanı robotlar idarə edirdi. Beləcə, uzun illər boyunca insanlar olmadan dövranımızı sürdük. Günlərin birində bir qız peyda oldu. On iki yaşında bir insan. Biz onun sonuncu insan olduğunu düşünürdük, amma yanılırdıq.
Müəllif: Li Bekon
Nəşriyyat: 3 Alma
Dil: AZE
Cild: Yumşaq
Səhifə sayı: 318
© libraff.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.