Vəzifə öhdəlikləri
Fiber-optik kabellərin çəkilişi, qaynaq olunması və sonlandırılması işlərinin həyata keçirilməsi;
Data və elektrik kabellərinin qapalı məkanlarda və açıq ərazilərdə montajının yerinə yetirilməsi;
Video müşahidə sistemləri (CCTV), şlaqbaum, giriş-çıxışa nəzarət və digər təhlükəsizlik sistemlərinin quraşdırılması və sazlanması;
Lokal və strukturlaşdırılmış şəbəkə kabellərinin çəkilməsi, montajı, sonlandırılması və test edilməsi;
Səs sistemləri, TV və multimedia sistemlərinin kabelləşdirilməsi və quraşdırılması;
Elektrik avadanlıqlarının montaj və demontaj işlərinin həyata keçirilməsi;
Kabel kanallarının, suvaqaltı və digər kommunikasiya xətlərinin quraşdırılması;
Aşkarlanmış texniki nasazlıqların yerində diaqnostikasının aparılması və təmir-bərpa işlərinin icra edilməsi;
Görülmüş işlərin texniki standartlara, təhlükəsizlik qaydalarına və şirkət prosedurlarına uyğun şəkildə yerinə yetirilməsinin təmin edilməsi.
Namizədə tələblər
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Elektrik, şəbəkə və təhlükəsizlik sistemləri üzrə texniki biliklərə sahib olmaq;
Fiber-optik, data və elektrik kabelləri ilə işləmə təcrübəsi;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş təhlükəsizliyi qaydalarını bilmək;
Yüksəklikdə işləmək bacarığı;
Operativ, məsuliyyətli və nəticəyönümlü olmaq;
Komandada işləmək və problem həll etmə bacarıqlarına malik olmaq;
Ezamiyyətlərə açıq olmaq.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
Korporativ nömrə
CV-nizi mövzu hissəsində "Montajçı" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 07.10.2026