Prayk

Mühasib

1 000 ₼
Kontrol edildiBugün
Kategori
Finans
Tarih
Görüntülenme
3
Numara
№6078352

Açıklama

Aviation Services Group-un Sky Catering filialı “Mühasib” vəzifəsinə işçi axtarır. Vəzifə öhdəlikləri: Mühasibat uçotunun bütün sahələri üzrə (əsas vəsaitlər, əmtəə-maddi qiymətlər, istehsal xərcləri, debitor və kreditor borcları, göstərilən xidmətlər və s.) operativ və düzgün uçotunu həyata keçirir; Pul vəsaitlərinin və inventarın bütün hərəkəti ilə bağlı əməliyyatları vaxtında və qanunvericiliyə uyğun olaraq mühasibat uçotunda əks etdirir; Vergi uçotunu aparır, müvafiq hesabatları hazırlayır və vaxtında təqdim edir; İtki və qeyri-məhsuldar xərclərin yaranma səbəblərini araşdırır, onların qarşısının alınması üçün təkliflər hazırlayır və rəhbərliyə təqdim edir; İş fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər verir; Hava gəmilərinə göstərilən xidmətlərə dair çek-listlərin və digər sənədlərin düzgünlüyünü yoxlayır və uçotda əks etdirir; Mühasibat sənədlərinin düzgün tərtibini, sistemli saxlanmasını və arxivə təhvil verilməsini təşkil edir və nəzarət edir; Müəssisənin uçot siyasətinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak edir, uçot proseslərinin metodologiyasına rəhbərlik edir; Dövlət büdcəsinə vergi və digər ödənişlərin, sosial sığorta ayırmalarının, işçilərin əmək haqqı fonduna vəsait ayrılmasının tam və vaxtında həyata keçirilməsini təmin edir; Vergilərin, ödənişlərin, habelə işçilərin mükafatlandırılması və digər daxili fondlara vəsait köçürülməsi əməliyyatlarını yerinə yetirir; Mühasibat hesabatlarının, eləcə də vergi və statistik hesabatların tərtibi üçün lazımı məlumatları hazırlayır, yoxlayır və rəsmiləşdirir; Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin təhlilində, qənaət rejiminin və sənəd dövriyyəsinin optimallaşdırılmasında, daxili ehtiyatların aşkar edilməsində iştirak edir; Tabeliyində olan mühasiblərə iş tapşırıqları verir, onlara metodiki kömək və tövsiyələr göstərir, iş nəticələrinə dair rəylər hazırlayır; Tabeliyində olan işçilərin iş keyfiyyətinə, tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsinə nəzarət edir, səhvlərin qarşısını alır; Müəssisənin digər şöbə və idarələri ilə maliyyə-uçot məsələləri üzrə sıx əməkdaşlıq edir, onlara mühasibat uçotu və vergi qanunvericiliyi ilə bağlı məsləhətlər verir; Vergi orqanları, audit firmaları, sosial sığorta fondları və digər yoxlama qurumları ilə qarşılıqlı fəaliyyətdə bilavasitə iştirak edir, sorğulara cavab hazırlayır və tələb olunan sənədləri təqdim edir. Namizədə tələblər: Ali təhsil; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Maliyyə vəsaitlərinin əməliyyatlarını rəsmiləşdirməyi bacarmaq Azərbaycan dili - əla; ingilis dili – yaxşı səviyyədə bilmək. MS Office proqramlarındaa və anbar uçotu sistemlərindən istifadə bacarığı. İş Şəraiti: Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu İş qrafiki: Tam ştat (həftədə 5 gün, saat 09:00-dan 18:00-dək). Maaş: 1000 AZN Net Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və s.) ödənişsiz servis nəqliyyatı təmin edir. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Maaş: 1000 AZN Son müraciət tarixi: 17.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/aviation-services-group-muhasib-156350
REKLAM