
1
Mühasib-operator

800 ₼
Mühasib-operator
Kontrol edildiBugün
Tarih
Görüntülenme1
Numara№4095096
Açıklama
Grinco MMC şirkətin gündəlik maliyyə və mühasibat əməliyyatlarının dəqiq, vaxtında və sistemli şəkildə icrasını təmin edəcək Mühasib-operator axtarır.
Bu vəzifə ilkin mühasibat sənədlərinin hazırlanması, elektron qaimələr, bank əməliyyatları, debitor-kreditor hesablaşmaları, mal-material hərəkətləri və daxili uçot proseslərinin aparılmasını əhatə edir.
Vəzifə öhdəlikləri
Alış və satış əməliyyatlarının mühasibat sistemində düzgün qeydiyyatının aparılması;
Elektron qaimələrin hazırlanması, göndərilməsi, qəbul edilməsi və statuslarının izlənilməsi;
Hesab-faktura, təhvil-təslim aktı, müqavilə və digər ilkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;
Bank əməliyyatlarının aparılması, ödəniş tapşırıqlarının hazırlanması və bank çıxarışlarının sistemə işlənməsi;
Debitor və kreditor borclarının gündəlik izlənilməsi və üzləşmələrin aparılması;
Müştəri və təchizatçılar üzrə ödəniş və borc vəziyyətinin nəzarətdə saxlanılması;
Anbara daxil olan və anbardan çıxan malların sənədlər üzrə uçotunun aparılması;
Anbar, alış və satış məlumatlarının mühasibat/ERP sistemi ilə uyğunluğunun yoxlanılması;
Müqavilə, sifariş, qaimə, akt və ödəniş sənədlərinin qarşılıqlı uyğunluğunun yoxlanılması;
İlkin mühasibat sənədlərinin elektron və fiziki arxivinin sistemli şəkildə aparılması;
Aylıq bağlanış üçün tələb olunan sənəd və məlumatların hazırlanması;
Xarici mühasibat/consulting xidməti və şirkət rəhbərliyi ilə mühasibat məsələləri üzrə koordinasiyanın həyata keçirilməsi;
Rəhbərliyə debitor-kreditor, ödənişlər, satışlar və digər əməliyyatlar üzrə tələb olunan hesabatların təqdim edilməsi;
Şirkətdaxili maliyyə və kommersiya məlumatlarının məxfiliyinin qorunması.
Namizədə tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Mühasib-operator, mühasib köməkçisi və ya oxşar vəzifədə minimum 1–2 il iş təcrübəsi;
1C və MS Excel proqramlarında yaxşı işləmə bacarığı;
ERP proqramları ilə işləmə təcrübəsi üstünlükdür;
e-taxes, e-qaimə və internet banking sistemləri ilə işləmək bacarığı;
İlkin mühasibat uçotu və sənəd dövriyyəsi barədə yaxşı bilik;
Debitor-kreditor hesablaşmaları və üzləşmə proseslərini bilməsi;
Sənədlərlə işləyərkən yüksək diqqət və dəqiqlik;
Tapşırıqları son tarixlərə uyğun və məsuliyyətlə icra etmək bacarığı;
Analitik düşüncə, operativlik və komanda ilə işləmək bacarığı.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Xətai rayonu — Nobel Hotel-in yanı
İş günləri: Bazar ertəsi – Cümə, həftədə 5 gün
İş saatı: 08:30 – 17:30
Əmək haqqı: 800–1,000 AZN NET, namizədin bilik və təcrübəsindən asılı olaraq
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Mühasib-operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.
Maaş: 800 AZN
Son müraciət tarixi: 07.11.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/grinco-muhasib-operator-153234
Benzer ilanlar



Anlaşmalı
Ağcabədi filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/mütəxəssis
AğcabədiBugün 17:29












