Prayk
Nəzarət şöbəsinin aparıcı Operator- Nəzarətçisi — Maliyyə, Bakı
Anlaşmalı

Nəzarət şöbəsinin aparıcı Operator- Nəzarətçisi

Kontrol edildiBugün
Şehir
Bakı
Kategori
Finans
Tarih
Görüntülenme
7
Numara
№4089300

Açıklama

Bankın inzibati və əməliyyat obyektlərində təhlükəsizlik və nəzarətin təmin edilməsi məqsədilə videomüşahidə və digər nəzarət sistemlərini fasiləsiz izləmək;Videomüşahidə kameralarından daxil olan görüntüləri operativ şəkildə monitorinq etmək, şübhəli və ya qeyri-adi halları müəyyənləşdirmək və aidiyyəti şəxslərə məlumat vermək;Bankın filiallarında, baş ofisində və digər obyektlərində baş verən hadisələri operativ müəyyən etmək, hadisə barədə müəyyən edilmiş prosedura uyğun olaraq rəhbərliyi və aidiyyəti struktur bölmələri məlumatlandırmaq;Nəzarət sistemlərində aşkar edilmiş texniki nasazlıqlar barədə aidiyyəti struktur bölmələrə məlumat vermək və nasazlıqların aradan qaldırılmasını izləmək;Nəzarət zamanı müəyyən edilmiş pozuntu, insident və şübhəli hallarla bağlı müvafiq məlumatları qeydiyyata almaq və hesabatların hazırlanmasında iştirak etmək;Hadisə və insidentlərlə bağlı video görüntülərin müəyyən edilmiş qaydada qorunmasını və aidiyyəti şəxslərə təqdim edilməsini təmin etmək;Bank əməkdaşlarının və üçüncü şəxslərin müəyyən edilmiş təhlükəsizlik və giriş-çıxış qaydalarına riayət etməsinə nəzarət etmək;Fövqəladə hallar, təhlükəsizlik insidentləri və digər riskli vəziyyətlər zamanı müəyyən edilmiş prosedurlara uyğun operativ tədbirlər görmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;Növbə ərzində baş vermiş hadisələr, aşkar edilmiş risklər və görülmüş tədbirlər barədə növbəni təhvil alan əməkdaşa ətraflı məlumat vermək və növbə təhvil-təslimini müəyyən edilmiş qaydada həyata keçirmək;Nəzarət sistemlərindən əldə edilən məlumatların məxfiliyini qorumaq və həmin məlumatlardan yalnız xidməti məqsədlər üçün istifadə etmək;Nəzarət şöbəsinin fəaliyyətinə aid digər tapşırıqları müəyyən edilmiş qaydada və vaxtında yerinə yetirmək. Tələblər: Müvafiq sahə üzrə orta ixtisas təhsili (ali təhsil arzuolunandır);Təhlükəsizlik, nəzarət, videomüşahidə və ya müvafiq sahələrdə iş təcrübəsi;Videomüşahidə və digər texniki nəzarət sistemləri ilə işləmək bacarığı;Təhlükəsizlik qaydaları və fövqəladə hallarda davranış prosedurları barədə məlumatlı olmaq;Şübhəli və riskli halları operativ müəyyən etmək və düzgün qiymətləndirmək bacarığı;Diqqətli, məsuliyyətli və yüksək müşahidə qabiliyyətinə malik olmaq;Növbəli iş rejimində işləmək imkanı;Komandada işləmək və operativ kommunikasiya bacarığı;MS Office proqramlarından istifadə etmək bacarığı;Xidməti məlumatların məxfiliyinin qorunması prinsiplərinə riayət etmək. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Mütəxəssis Şirkət: Unibank Kommersiya Bankı Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/unibank/unibank-nezaret-sobesinin-aparici-operator-nezaretcisi-67961287/apply