
2
Mühasibatlıq şöbəsinin müdiri

2 000 ₼
Mühasibatlıq şöbəsinin müdiri
Kontrol edildiBugün
Tarih
Görüntülenme2
Numara№5632557
Açıklama
Vəzifə öhdəlikləri:
Mühasibatlıq şöbəsinin fəaliyyətini təşkil etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq və tapşırıqların vaxtında icrasına nəzarət etmək;
Şirkətin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün, tam və vaxtında əks etdirilməsini təmin etmək;
İlkin mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsinə, yoxlanılmasına, sistemləşdirilməsinə və saxlanılmasına nəzarət etmək;
Bank və kassa əməliyyatlarının uçotuna, ödəniş sənədlərinin düzgünlüyünə və hesablaşmaların vaxtında aparılmasına nəzarət etmək;
Debitor və kreditor borclarının uçotunu, kontragentlərlə qarşılıqlı hesablaşmaların və bank qalıqlarının üzləşdirilməsini təmin etmək;
Əməkhaqqı, məzuniyyət, müavinət, mükafat və digər ödənişlərin, həmçinin müvafiq vergi və sığorta öhdəliklərinin düzgün hesablanmasına nəzarət etmək;
Gəlir və xərclərin aid olduğu hesabat dövründə düzgün tanınmasını, gələcək dövr xərclərinin və hesablanmış öhdəliklərin uçotunu təmin etmək;
Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və mal-material ehtiyatlarının uçotuna, amortizasiyanın hesablanmasına və inventarizasiya nəticələrinin rəsmiləşdirilməsinə nəzarət etmək;
Kredit və cəlb edilmiş vəsaitlər üzrə əməliyyatların, faizlərin, komissiyaların və müvafiq ehtiyatların mühasibat uçotunda düzgün əks etdirilməsinə nəzarət etmək;
Aylıq, rüblük və illik hesabat dövrlərinin bağlanmasını təşkil etmək, hesab qalıqlarını yoxlamaq və zəruri düzəlişlərin aparılmasını təmin etmək;
Vergi və statistika hesabatlarının hazırlanmasına və vaxtında təqdim edilməsinə, vergi və digər məcburi ödənişlərin icrasına nəzarət etmək;
Maliyyə hesabatlarının, Mərkəzi Banka və digər aidiyyəti qurumlara təqdim edilən hesabatların hazırlanmasında iştirak etmək;
Rəhbərlik üçün mühasibat məlumatları və müqayisəli xərc hesabatları hazırlamaq, aşkar edilmiş əhəmiyyətli uyğunsuzluqlar barədə məlumat vermək;
Audit yoxlamaları üçün tələb olunan sənəd və məlumatları təqdim etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılmasını təmin etmək;
Mühasibat proseslərinin, uçot proqramlarının və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək.
Tələblər:
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
Müvafiq sahədə ən azı 5-7 il iş təcrübəsi; bank və ya BOKT sahəsində təcrübə üstünlükdür;
Peşəkar Mühasib Sertifikatının (PMS) olması üstünlükdür;
1C 8.3 proqramını yüksək səviyyədə bilmək;
MS Office proqramları, xüsusilə Excel üzrə yüksək səviyyədə bilik;
Vergi qanunvericiliyi, mühasibat uçotu və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər;
Kredit əməliyyatlarının uçotu və portfel məlumatlarının üzləşdirilməsi üzrə bilik və bacarıqlar;
Elektron hesabat portallarında işləmək bacarığı;
Analitik düşüncə, dəqiqlik, məsuliyyət və komandanın işini təşkil etmək bacarığı;
Azərbaycan dilini mükəmməl bilmək; rus dili biliyi üstünlükdür.
İş barədə məlumat:
Əməkhaqqı: 2 000 AZN-dən başlayaraq;
İş yeri: Bakı şəhəri, Aşıq Molla Cümə küçəsi;
İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00–18:00;
Komfortlu ofis şəraiti, müasir idarəetmə sistemi və mehriban komanda.
CV-nizi mövzu hissəsində “Mühasibatlıq şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Maaş: 2000 AZN
Son müraciət tarixi: 05.12.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/mj-finance-muhasibatliq-sobesinin-mudiri-155612
REKLAM












