
Bakı5
Nəzarətçi
Nəzarətçi
660 ₼
Kontrol edildi6 gün önce
ŞehirBakı
Tarih
Görüntülenme5
Numara№4660944
Açıklama
Namizədə aid tələblər:
Orta ixtisas və ya ali təhsilli olması;
Müvafiq vəzifədə 1 ildən az olmayaraq iş təcrübəsi;
Səlis azərbaycan dili bilikləri;
Komandada işləmək bacarığı;
Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik;
Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı;
Rəhbərliyin əmrlərinin vaxtında və düzgün icrası;
Stressli və fövqəladə vəziyyətlərdə operativ qərarvermə bacarığı;
AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili qaydalara əsasən qəbul etmək və təhvil vermək;
Restorana daxil olan və çıxan şəxslərə, ümumi təhlükəsizlik rejiminə və daxili intizam qaydalarına nəzarət etmək;
Restoran ərazisində quraşdırılmış videomüşahidə kameralarının, siqnalizasiya və digər təhlükəsizlik sistemlərinin fasiləsiz fəaliyyətinə nəzarət etmək;
Restoranda yerləşən əmlakın, avadanlıqların və maddi dəyərlərin qorunmasını təmin etmək;
Şübhəli halları vaxtında aşkar edərək rəhbərliyi məlumatlandırmaq;
Aşkar edilmiş pozuntular, qüsurlar və təhlükə yaradan hallar barədə rəhbərliyə operativ məlumatı təqdim etmək, ilkin tədbirlər görmək;
Münaqişəli vəziyyətlərin qarşısını almaq, yaranmış halları qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə nəzarətdə saxlamaq;
Zərurət yarandıqda qaydaları pozan və ya münaqişə yaradan şəxsləri restorandan uzaqlaşdırmaq, ehtiyac olduqda hüquq-mühafizə orqanlarına müraciət etmək;
Fövqəladə hallar (yanğın, qəza və digər) zamanı restoran ərazisində olan insanların təhlükəsizliyini təmin etmək, rəhbərliyi məlumatlandırmaq və zərurət olduqda müvafiq operativ xidmətləri çağırmaq;
Yanğın təhlükəsizliyi, əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət etmək;
Növbə zamanı baş verən hadisələr və görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək;
Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtlı-vaxtında və dəqiq icra etmək.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş rejimi: Gecə növbəsi,növbəli;
Əmək haqqı - 660 Azn;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Nəzarətçi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/199007/nezaretci
REKLAM








