
Ofis meneceri

550 ₼
Ofis meneceri
Kontrol edildi2 gün önce
Tarih
Numara№3852198
Açıklama
SR Logistics and Transport MMC komandamıza qoşulmaq üçün məsuliyyətli və operativ Ofis meneceri axtarır.
Əsas vəzifələr:
Ofisə gələn qonaqların qarşılanması və yönləndirilməsi;
Telefon zənglərinin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi;
Daxil olan və göndərilən sənədlərin qeydiyyatının aparılması və yönləndirilməsi;
Məktubların və kuryer göndərişlərinin qəbulu;
Ofis ləvazimatlarına nəzarət və sifarişlərin təşkili;
Ofisin gündəlik inzibati işlərinə dəstək göstərilməsi;
Əməkdaşlarla bağlı inzibati məsələlərin koordinasiyası;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Namizədə tələblər:
Səliqəli və işgüzar görünüş;
Yüksək ünsiyyət bacarığı;
Azərbaycan dilində sərbəst danışıq bacarığı — rus və ingilis dillərini bilmək üstünlükdür;
MS Office proqramları ilə işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
20–35 yaş aralığında olan namizədlərə üstünlük verilir.
İş şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatları: 09:00–18:00;
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi;
Nahar: Şirkət tərəfindən təmin olunur;
Əmək haqqı: 550 AZN (xalis).
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofis meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Maaş: 550 AZN
Son müraciət tarixi: 05.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/sr-logistics-and-transport-llc-ofis-meneceri-153011
Benzer ilanlar















