Vəzifə öhdəlikləri
Qaz xətləri, metal konstruksiyalar və borular üzrə qaynaq işlərini yerinə yetirmək;
Boruların kəsilməsi, birləşdirilməsi və montajını texniki tələblərə uyğun həyata keçirmək;
Yarımavtomat və qaz qaynağı aparatlarından düzgün və təhlükəsiz istifadə etmək;
Qaynaq edilən materiala uyğun elektrod, avadanlıq və qaynaq üsulunu seçmək;
Qaynaq tikişlərinin keyfiyyətini yoxlamaq, qüsurları müəyyən etmək və aradan qaldırmaq;
Nasaz metal hissələrin və avadanlıqların təmirini həyata keçirmək;
İstifadə olunan odluq, reduktor, balon və nəzarət-ölçü cihazlarının sazlığını yoxlamaq;
Texniki çertyoj və sxemlərə uyğun işləmək;
Aşkar olunmuş nasazlıq və təhlükəli hallar barədə dərhal qrup rəhbərinə məlumat vermək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
Namizədə tələblər
Orta və ya orta ixtisas təhsili;
Qaynaqçı ixtisasını təsdiq edən peşə hazırlığı sənədi və ya sertifikat;
Qaynaq işləri üzrə müvafiq iş təcrübəsi;
Yarımavtomat və qaz qaynağı aparatlarının texniki istismar qaydalarını bilmək;
Qaynaq tikişlərinin növləri, yarana biləcək qüsurlar və onların aradan qaldırılması üsulları barədə bilik;
Elektrodların növlərini və qaynaq tikişlərinin texnoloji ardıcıllığını bilmək;
Odluq, reduktor, balon və nəzarət-ölçü cihazlarından təhlükəsiz istifadə bacarığı;
“Təbii qazdan istifadə Qaydaları”nı və qazdan təhlükəsiz istifadə üzrə təlimatları bilmək;
Məsuliyyətli, intizamlı, diqqətli və komanda ilə işləmək bacarığı.
Əlavə məlumat
Servis şirkət tərəfindən təmin olunur.
Əmək haqqı: razılaşma əsasında.
İş qrafiki: həftənin 5 günü, 08:00–17:00 (əlavə iş saatları nəzərə alınır).
Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Qaynaqçı” mövzu başlığı ilə göndərə bilərlər.
Son müraciət tarixi: 07.10.2026