Prayk

Rəqəmsal marketinq üzrə mütəxəssis

Anlaşmalı
Kontrol edildi3 gün önce

№6370987·Görüntülenme: 17

Açıklama

Təsvir Ətraflı rəqəmsal marketinq planlarının hazırlanması və brend/məhsul kampaniyalarının həyata keçirilməsi; Reklam kampaniyalarının planlaşdırılması, idarə olunması və koordinasiyası; Kampaniyaların effektivliyinin ölçülməsi, nəticələrin təhlili və müntəzəm performans hesabatlarının hazırlanması; Reklam büdcəsinin hazırlanması, rəhbərliyə təqdim edilməsi və təsdiqlənmiş büdcə çərçivəsində icrasına nəzarət; Veb-saytlar üzrə SEO strategiyasının hazırlanması və həyata keçirilməsi (texniki SEO, On-page SEO və kontent SEO); Hesabatların hazırlanması, kampaniyaların idarə edilməsi və təkrarlanan marketinq proseslərinin AI alətləri vasitəsilə avtomatlaşdırılması; Yeni kommunikasiya kanallarının və rəqəmsal alətlərin araşdırılması, qiymətləndirilməsi və marketinq proseslərinə inteqrasiyası; Marketinq fəaliyyətləri üzrə təqdimatların və hesabatların hazırlanması; Kampaniya prosesində yaranan texniki və strateji problemlərin operativ müəyyənləşdirilməsi və həll edilməsi. Tələblər Ali təhsil; Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi (e-commerce sahəsində təcrübə üstünlükdür); Rus dilini sərbəst (yazılı və şifahi), Azərbaycan dilini mükəmməl bilmək mütləqdir; ingilis dili üzrə işgüzar səviyyədə bilik üstünlükdür; SEO üzrə biliklər: açar söz araşdırması, texniki SEO auditi, on-page optimallaşdırma və kontent planlaması; AI və marketinq avtomatlaşdırılması üzrə biliklər: Make.com, n8n və ya Zapier vasitəsilə iş axınlarının qurulması, ChatGPT, Claude, Gemini kimi AI alətlərinin marketinq proseslərində tətbiqi; Analitik düşüncə, data ilə işləmək və Excel/Google Sheets proqramlarında sərbəst işləmək bacarığı; Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 25.12.2026

İlanın kaynağı

Orijinal ilanı aç

© Kontakt Home jobsearch.az · İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM