Prayk
Resepşn / Ofis Administratoru — HR, kadr
Anlaşmalı

Resepşn / Ofis Administratoru

Kontrol edildiDün
Tarih
Görüntülenme
3
Numara
№4614126

Açıklama

İşiniz nədən ibarət olacaq? Şirkətə daxil olan zəngləri cavablandırmaq və aidiyyəti üzrə yönləndirmək; Müştəriləri və qonaqları gülərüzlə qarşılamaq, onların suallarını cavablandırmaq; Müraciətləri qeydiyyata almaq və müvafiq şöbələrə ötürmək; Elektron poçt yazışmalarını həyata keçirmək; Daxil olan və göndərilən məktubların idarə olunmasını təmin etmək; Ofisdə effektiv ünsiyyət və koordinasiyanın qurulmasına dəstək olmaq. Sizdə hansı keyfiyyətləri görmək istəyirik? Güclü ünsiyyət və təqdimat bacarığı; Məsuliyyətli və operativ yanaşma; Komandada işləmək bacarığı; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; MS Office proqramlarından istifadə bacarığı. Biz nə təklif edirik? Peşəkar və dəstəkçi komanda; Karyera inkişafı imkanları; Rahat və müasir iş mühiti; Rəqabətli əməkhaqqı və motivasiyaedici iş şəraiti: 5 günlük iş həftəsi, iş saatı 10:00 - 18:00 Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; Şəhərin mərkəzində müasir ofisdə işləmək Əmək haqqının səviyyəsi fərdi qaydada, müsahibənin nəticələrinə əsasən - namizədin təcrübəsindən, bilik və bacarıqlarından asılı olaraq müzakirə edilir. Əgər ilk təəssürat yaratmağın gücünə inanırsınızsa və şirkətimizin siması olmaq istəyirsinizsə, CV-nizi (28 yaşadək) bizimlə paylaşın! Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 14.11.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/citymedia-resepsn-ofis-administratoru-153836
REKLAM