Əsas vəzifə öhdəlikləri:
Təsdiq edilmiş layihə, iş qrafiki, texniki şərtlər və təhlükəsizlik qaydalarına uyğun işlərin icrasının təmin edilməsi;
Sahədə çalışan işçilərin, ustaların və texnikanın fəaliyyətinin koordinasiya edilməsi;
Gündəlik iş planını hazırlanması və işlərin vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi;
Layihə ilə bağlı sahə məlumatlarının toplanması, analiz edilməsi və sifarişçiyə hesabatların təqdim edilməsi;
İş zamanı istifadə olunan materialların layihə və texniki tələblərə uyğunluğunun yoxlanılması;
Keyfiyyətə nəzarət üzrə mühəndis və laboratoriya əməkdaşları ilə koordinasiyalı işlənilməsi;
Layihə planlarında və icrasında baş verən dəyişikliklərin sənədləşdirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
Monolit, yol, hörgü, fasad və daxili tamamlama işləri üzrə praktiki biliklər;
Layihə-smeta sənədlərini, texniki çertyojları və işçi layihələri oxumaq bacarığı;
Tikinti norma və qaydaları, keyfiyyət standartları və əməyin mühafizəsi tələblərini yüksək səviyyədə bilmək;
AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
Güclü liderlik, planlaşdırma, təşkilatçılıq və qərarvermə bacarığı;
Məsuliyyətli, operativ, nəticəyönümlü və komandada işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Təhsil: Ali təhsilli (İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə)
İş təcrübəsi: Tikinti sahəsində minimum 5 il iş təcrübəsi;
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş yeri: Hökməli, Avrora Sənaye Parkı.
İş saatı: 09:00-18:00
Biz nə təklif edirik:
Peşəkar komanda mühiti;
Təlim və inkişaf imkanları;
Şirkət hesabına korporativ nömrə;
Nahar təminatı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə rəisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 08.10.2026