NƏSİMİ METROSUNUN YAXINLIĞINDA KUPÇALI, İPOTEKAYA YARARLI 3 OTAQLI MƏNZİL!
Bakı şəhəri, 9-cu mikrorayonda, Adil Məmmədov küçəsində, 26 nömrəli musiqi məktəbinin yaxınlığında yerləşən 9 mərtəbəli köhnə tikili binada mənzil satışa təqdim olunur. Mənzil binanın 4-cü mərtəbəsində, orta blokda yerləşir. Leninqrad layihəli mənzilin sahəsi 76 m²-dir və qanuni 3 otaqdan ibarətdir.
Mənzil yaxşı təmirlidir, geniş və işıqlıdır. Yelçəkən (skvaznoy) planlaşdırmaya malikdir, eyvanlardan biri mənzilə qatılaraq yaşayış sahəsi daha funksional hala gətirilib. Çıxarışı (kupçası) mövcuddur və ipotekaya tam yararlıdır.
Ərazi əlverişli infrastrukturu və rahat yaşayış şəraiti ilə seçilir. Nəsimi metrosuna yaxın yerləşir. Ətrafda məktəblər, uşaq bağçaları, marketlər və gündəlik tələbat üçün zəruri obyektlər mövcuddur. Sakit və abad məhəllədə yerləşməsi ailə yaşayışı üçün əlavə üstünlük yaradır.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz .
Ofis xidmət haqqı alıcı tərəfdən 1% təşkil edir.
© Əli Bəy · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.