Akademik Həsən Əliyev küçəsi 33, Asan Xidmət N1 və Asan Kommunal N1 ilə üzbəüz, 17-mərtəbəli yenitikili binanın 17-ci mərtəbəsi. Binanın ətrafında Tibb Universiteti, Niaqara şadlıq sarayı, Olimpik Star və iri marketlər (Bravo, Araz, Bazarstore, Tamstore, Oba) yerləşir.
Mənzildə 2 balkon var. Balkonlardan biri kifayət qədər iri və genişdir, şəhərə gözəl panoramasi və mənzərəsi var, əsasən də axşamüstü. Balkonda masa və yelləncək də var. Qonaqlar və dostlar ilə bir yerdə vaxt keçirmək üçün əla məkandır. Uşaqlar üçün basseyn qoymaq da mümkündür.
Mənzilin ümumi sahəsi 140 kv.m. təşkil edir. Bütün otaqlar yaxşı təmirlidir, klassik və modern üslubunda yenicə əsaslı təmir işləri aparılıb. Yaşayış sahəsi 92 kv.m. təşkil edir, böyük balkonun sahəsi isə 48 kv.m.- dir. Ondan 18+ kv.m sahəsində şüşədən əlavə otaq da təzəcə tikilib. Həmin əlavə otaq həm yatmaq üçün yararlıdır, həm də iş və ya ofis otağı kimi istifadə oluna bilər. Bütün şüşələr jaluzlidir. Yataq otağından başqa digər bütün otaqlar isti döşəməlidir. Mənzildə Ariston sistemi var. Binanın su, qaz və elektrik ilə daimi təchizatı var. Bundan əlavə, mənzilin hamamında 1 tonluq su çəni də mövcuddur. Real alıcılar üçün endirim mümkündür.
© Eldar Rzayev · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.