Təcili satılır.
Elmlər Akademiyası metrosuna piyada cəmi 7 dəqiqəlik məsafədə, Kazım Kazımzadə küçəsində (Space TV-nin yaxınlığında) geniş və zövqlə təmir olunmuş mənzil satılır.
Mənzil 17 mərtəbəli yeni tikili binanın 11-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 147 m² təşkil edir və qanuni 3 otaqdan ibarətdir. Yüksək keyfiyyətli və müasir üslubda təmir olunmuş mənzil tam yaşayışa hazır vəziyyətdədir. Geniş və işıqlı otaqlara, rahat planlaşdırmaya, qarderob otağına, 2 eyvana (balkon) və 2 sanitar qovşağına (biri vannalı) malikdir. Sənədi tam qaydasındadır, Kupçası (Çıxarış) var.
Binada 24/7 mühafizə və təhlükəsizlik xidməti, yeraltı parkinq fəaliyyət göstərir. Binanın aşağı hissəsində "Oba Market" və uşaq bağçası yerləşir. Ətrafında gimnaziyalar, məktəblər, böyük supermarketlər (Megastore, Araz Market), həmçinin Qış Parkı və Hüseyn Cavid Parkı mövcuddur. Sakit, prestijli və hər tərəfli inkişaf etmiş infrastruktura malik bir ərazidir.
© Kənan · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.