Mənzil öz mənzilimdir, Xətai rayonu, Babək prospektində, Əhmədli metrosundan cəmi 4 dəqiqəlik məsafədə yerləşir. Babək prospektində yerləşən City Park Mall-a isə 10–15 dəqiqəyə çatmaq mümkündür.
Mənzil əşyalı satılır. Təmirini özümüz etmişik, mənzildə az yaşayış olub və kifayət qədər səliqəli vəziyyətdədir. Döşəməsi parketdir. Mənzil 3 otağa kiçik otaq əlavə edilməklə yenidən planlaşdırılıb. Hamam və tualet ayrıdır, istəyə uyğun olaraq tualetə əlavə duş da quraşdırmaq mümkündür. Mənzildə 1 balkon var.Bina bu ərazinin keyfiyyətli binalarından biridir. Geniş həyəti, uşaqlar üçün əyləncə sahələri, həyət daxilində mağazalar və 2 mərtəbəli yeraltı qarajı var. Binada keyfiyyətli Schindler liftləri quraşdırılıb, 24 saat təmizlik xidməti mövcuddur. Girişdə domofon var, bloklar isə çox səliqəli və təmiz saxlanılır.
Binanın ətrafında uşaq bağçaları, məktəblər, dövlət və özəl xəstəxanalar yerləşir. Yerləşmə baxımından çox əlverişli ərazidədir.
© Namiq · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.