Xətai rayonu, 8 Noyabr prospektində “Asiman” şadlıq sarayının arxasında, Həzi Aslanov qəsəbəsinin tam mərkəzində 8 sotun içərisində 2 mərtəbəli 350 m2 villa. Villanın və hasarının divarlarının fasad hissəsindəki daşların hər biri yonulub, faskalanıb hörülmüşdür(əl işidir). Evin şimal hissəsinin divarlarının qalınlığı 60 sm-dir. Mərtəbələr monolit betondur. Villa çox əlverişli və hündür ərazidə yerləşir. Ərazinin 4 tərəfdən də zaboru özünə aiddir. Villa ilə arasında məsafə var, birləşik deyil. Təmirdə və tikintidə keyfiyyətli materiallardan istifadə olunub, möhkəm bünövrə üzərində inşa edilib. Ev 5 otaq, 1 zal, 2 mətbəx, 2 xol, 1-ci və 2-ci mərtəbələrdə ayrıca s/u-dən ibarətdir. Otaqlar bahalı parketlə döşənib. Parket mozaika, ara qapıları fıstıq ağacından, pəncərələr təmiz alman şirkəti KBE-dir, çilçıraq altları əl işləridir. Yay mətbəxinin altında 10 tonluq ehtiyat su anbarı var. Həyətdə navesi, ayrıca qazanxana sistemi, həyətdə mətbəx, s/u qovşağı, pultla idarə olunan darvazası var. Yaxınlıqda uşaq bağçası, məktəb və market və s. yerləşir. Villanın çıxarışı var.
Təmirli, Qaz, Su, İşıq, Kabel TV, Seyf Qapı, PVC pəncərə, Balkon, Kombi sistemi
© İsmayıl · yeniemlak.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.