Prayk
Social Media Specialist — Marketing, reklam, PR, Bakı
600 ₼

Social Media Specialist

Kontrol edildi2 ay önce
Şehir
Bakı
Tarih
Görüntülenme
13
Numara
№2138878

Açıklama

Aventus bizneslərin Google Axtarış, Google Xəritələr və süni intellekt platformalarında rəqəmsal görünürlüğünü idarə edən konsaltinq şirkətidir. Lokasiya Marketinqi, Lokal SEO, Google Business Profile idarəçiliyi, onlayn reputasiya idarəçiliyi, sosial media marketinqi (SMM), veb-sayt hazırlanması və digər rəqəmsal həllər üzrə fəaliyyət göstəririk. https://www.aventus.az/ Google ekosistemi və beynəlxalq rəqəmsal platformalar üzrə ixtisaslaşan komandamız dünyanın aparıcı Location Marketing və Digital Presence Management şirkətləri ilə əməkdaşlıq edir, yerli və beynəlxalq layihələr həyata keçirir. Komandamızı genişləndirmək üçün kreativ düşüncəli, sosial media trendlərini izləyən, vizual zövqü olan və nəticə yönümlü Social Media Specialist axtarırıq. 600 AZN əməkhaqqı + bonus sistemi. Şirkətin inkişafı və idarə olunan layihələrin həcminə uyğun əlavə bonus imkanları İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00 AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi Peşəkar və innovativ iş mühiti Yerli və beynəlxalq layihələrdə iştirak imkanı Rəqəmsal marketinq və beynəlxalq platformalar üzrə praktiki inkişaf imkanı Tələblər: Sosial media idarəçiliyi sahəsində praktiki təcrübə; CapCut  və ya digər video montaj proqramları, Canva proqramı ilə sərbəst işləmək bacarığı; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət; Kreativ düşüncə və vizual zövq; Müstəqil işləmək, məsuliyyətli olmaq və vaxtı düzgün idarə etmək; Komandada işləmək bacarığı. Əlavə üstünlüklər: AI alətləri (ChatGPT, Gemini və s.) ilə effektiv işləmək; Google Ads və Meta Ads platformaları üzrə bilik; Daha əvvəl idarə etdiyi sosial media səhifələri və portfolio; Rəqəmsal marketinq və ya agentlik mühitində iş təcrübəsi; Xarici dil bilikləri. Vəzifə öhdəlikləri: Instagram, LinkedIn, Google və digər platformalara uyğun video, story, post, reels və digər məzmunların hazırlanması və paylaşılması; Foto və video çəkilişlərinin təşkili, qısa video məzmunların hazırlanması və montajı; Sosial media hesablarının gündəlik idarə olunması, mesaj və şərhlərin cavablandırılması; Sosial media trendlərinin izlənilməsi, kreativ ideyaların və yeni formatların işə tətbiqi. Maaş: 600 AZN Yaş: 20-45 İş təcrübəsi: 1 ildən 3 ilə qədər

İlanın kaynağı

Orijinal ilanı aç

© Aventus Digital Consultancy boss.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM
WhatsApp