Prayk
Təchizat üzrə aparıcı mütəxəssis — Nəqliyyat, logistika, anbar
Anlaşmalı

Təchizat üzrə aparıcı mütəxəssis

Kontrol edildiBugün

№6370387·Görüntülenme: 22

Açıklama

Əsas vəzifələr Şirkətin istehsalat və əməliyyat ehtiyaclarına uyğun təchizat proseslərini planlaşdırmaq və təşkil etmək; Müvafiq struktur bölmələrdən daxil olan material və məhsul tələbatlarını təhlil etmək; Yerli və xarici bazarlarda təchizatçıların araşdırılmasını və potensial tərəfdaşların müəyyən edilməsini həyata keçirmək; Təchizatçılardan kommersiya təklifləri almaq, qiymət, keyfiyyət və çatdırılma şərtlərini müqayisə etmək; Təchizatçılarla qiymət, ödəniş, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq; Sifarişlərin vaxtında yerləşdirilməsini və çatdırılmasını təmin etmək; Anbar qalıqlarına və material ehtiyatlarının hərəkətinə nəzarət etmək, ehtiyac yarandıqda müvafiq sifarişlərin verilməsini təşkil etmək; Təchizatçılarla uzunmüddətli və etibarlı əməkdaşlıq münasibətləri qurmaq; Təchizat müqavilələrinin, sifarişlərin və digər müvafiq sənədlərin hazırlanması və razılaşdırılması prosesində iştirak etmək; Namizədə tələblər Ali təhsil Təchizat, satınalma və ya logistika sahəsində minimum 3 il iş təcrübəsi; Təchizat zəncirinin idarə edilməsi və material təminatı prosesləri üzrə biliklər; Təchizatçılarla danışıqlar aparmaq və əməkdaşlıq münasibətlərini idarə etmək bacarığı; Müqavilə, sifariş və təchizat sənədləri ilə işləmək təcrübəsi; MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı; Analitik düşünmə, planlaşdırma və problem həll etmə bacarığı; Yüksək məsuliyyətlilik, dəqiqlik, operativlik və komanda ilə işləmək bacarığı. İş şərtləri İş yeri: Bakı şəhəri Nahar şirkət tərəfindən təmin edilir Əmək haqqı müsahibə zamanı təyin olunur Uyğun namizədlər öz CV-lərini “Satınalma mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 25.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/groupone-techizat-uzre-aparici-mutexessis-156955
REKLAM