
12
Xarici Satınalma üzrə Aparıcı Mütəxəssis

Anlaşmalı
Xarici Satınalma üzrə Aparıcı Mütəxəssis
Kontrol edildiBugün
Açıklama
FLARM MMC komandasına “Xarici Satınalma üzrə Aparıcı Mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.
İş barədə məlumat:
Xarici təchizatçılar (istehsalçılar, rəsmi distribyutorlar və ticarət şirkətləri) ilə yazılı və şifahi danışıqların aparılması, kommersiya şərtlərinin (qiymət, ödəniş, çatdırılma müddəti, zəmanət və s.) razılaşdırılması
Xaricdən mal və xidmətlərin satınalma prosesinin planlaşdırılması, təşkili və icrasına tam nəzarət; sifarişlərin vaxtında və düzgün yerinə yetirilməsinin təmin edilməsi
Qiymət təkliflərinin (quotation, proforma invoice və s.) toplanması, texniki və kommersiya baxımından müqayisəli təhlilinin aparılması və optimal təchizatçı seçiminin əsaslandırılması
Satınalma müqavilələrinin, sifariş formalarının və digər aidiyyəti sənədlərin hazırlanması, hüquqi və maliyyə şərtlərinə uyğunluğunun yoxlanılması, müqavilə öhdəliklərinin icrasına nəzarət
Mövcud və potensial təchizatçıların araşdırılması, qiymətləndirilməsi və təsdiqlənməsi; təchizatçı bazasının yaradılması, sistemləşdirilməsi və mütəmadi yenilənməsi
Satınalma xərclərinin azaldılması və proseslərin səmərəliliyinin artırılması məqsədilə bazar araşdırmalarının aparılması və optimallaşdırma üzrə təkliflərin hazırlanması
Satınalma əməliyyatları üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması, rəhbərliyə analitik məlumatların və tövsiyələrin təqdim edilməsi
Beynəlxalq ticarət qaydaları, Incoterms, ödəniş formaları (LC, TT və s.) üzrə əməliyyatların düzgün icrasına nəzarət
Daxili şöbələrlə (maliyyə, anbar, logistika, istehsalat və s.) koordinasiyalı şəkildə işləyərək satınalma proseslərinin fasiləsizliyinin təmin edilməsi
Vəzifəyə dair tələblər:
Təcrübə: Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.
Təhsil: Ali təhsil (iqtisadiyyat, logistika və ya müvafiq sahələr).
Texniki səriştələr:
Azərbaycan dili, ingilis dili və rus dili(yüksək səviyyədə)biliyi;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Davranış səriştələri:
Güclü ünsiyyət və danışıqlar aparma bacarığı
Analitik və strateji düşünmə qabiliyyəti
Məsuliyyətlilik və nəticəyönümlülük
Vaxtın düzgün idarə olunması və prioritetləşdirmə bacarığı
Komandada işləmək və müxtəlif şöbələrlə effektiv əməkdaşlıq bacarığı
Etik davranış və məxfilik prinsiplərinə sadiqlik
Detallara diqqət və yüksək iş intizamı
Təşəbbüskarlıq və davamlı inkişaf istəyi
FLARM MMC sizə nə vəd edir?
Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus) ;
Korporativ nömrə və danışıq paketi.
Əmək haqqı namizədin bilik və bacarığına əsasən 1000-1400 manat olaraq müəyyənləşdiriləcək.
“FLARM " MMC təkər və ehtiyat hissələrinin satışı üzrə fəaliyyət göstərən dinamik şirkətdir.
Veb sayt: https://flarm.az/
Ünvan:
Bakı, Abşeron rayonu, Saray qəsəbəsi, Bakı–Sumqayıt yolu (20-ci km, Saray postuna çatmamış, 20 yanvar və Beynəlxalq Avtovağzaldan Saray və Sumqayıt istiqamətində gedən avtobusların dayanacağı iş yerimizdən 200-250 m məsafədə yerləşir.)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Son müraciət tarixi: 23.12.2026
İlanın kaynağı
Orijinal ilanı aç© BERC Group jobsearch.az · İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM







