
19
Sürücü

Anlaşmalı
Sürücü
Kontrol edildiBugün
Açıklama
Tələb olunan bilik, bacarıq və kvalifikasiyalar
D kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir;
Sürücü vəzifəsində minimum 5 il iş təcrübəsi;
Böyük şirkətlərdə və korporativ mühitdə sürücü kimi iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
Rəhbər şəxslərin və şirkət əməkdaşlarının daşınması üzrə təcrübə;
Yol hərəkəti qaydalarını və təhlükəsiz sürücülük prinsiplərini yüksək səviyyədə bilmək;
Avtomobilin texniki vəziyyətinə ilkin nəzarət etmək bacarığı;
Məsuliyyətli, intizamlı, punktual və etik davranış qaydalarına riayət edən olmaq;
Məxfilik və konfidensiallıq prinsiplərinə riayət etmək;
Əvvəlki iş yerlərindən müsbət referansların təqdim edilməsi üstünlük hesab olunur.
Əsas vəzifə və öhdəliklər
Şirkət əməkdaşlarının avtobusla işə gediş-gəlişinin və müəyyən edilmiş marşrutlar üzrə daşınmasının təmin edilməsi;
Zərurət yarandıqda şirkətə məxsus minik avtomobilini idarə edərək rəhbər şəxslərin, əməkdaşların və qonaqların daşınması;
Rəhbərlik tərəfindən verilən tapşırıqlar əsasında şəhərdaxili və şəhərlərarası səfərlərin həyata keçirilməsi;
Sərnişinlərin təhlükəsizliyini təmin etmək və yol hərəkəti qaydalarına ciddi riayət etmək;
Təyin edilmiş marşrut və iş qrafikinə uyğun olaraq vaxtında hərəkət etmək;
Avtobus və minik avtomobillərinin texniki vəziyyətinə, təmizliyinə və düzgün istismarına nəzarət etmək;
Avtomobillərin gündəlik texniki yoxlamasını aparmaq, nasazlıqlar barədə vaxtında rəhbərliyə məlumat vermək;
Yanacaq sərfiyyatına, yürüş göstəricilərinə və avtomobillərin texniki xidmət ehtiyaclarına nəzarət etmək;
Avtomobillərin texniki baxış və servis xidmətlərinin vaxtında həyata keçirilməsinə nəzarət etmək;
Yol-nəqliyyat hadisəsi, avtomobil nasazlığı və digər fövqəladə hallar zamanı müvafiq prosedurlara uyğun davranmaq və rəhbərliyə məlumat vermək;
Şirkətin nəqliyyat vasitələrindən yalnız xidməti məqsədlər üçün və təyin edilmiş qaydada istifadə etmək;
Sərnişinlərlə nəzakətli davranmaq, şirkətin imicini və etik davranış standartlarını qorumaq;
Xidməti səfərlər zamanı məxfilik və konfidensiallıq prinsiplərinə riayət etmək;
Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 23.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-surucu-156720
REKLAM







