
3
Təlim və İnkişaf meneceri

Anlaşmalı
Təlim və İnkişaf meneceri
Kontrol edildiBugün
Tarih
Görüntülenme3
Numara№5664675
Açıklama
“Merkuri” Bank Olmayan Kredit Təşkilatı “Təlim və İnkişaf meneceri” vakansiyası üzrə əməkdaşları müsabiqəyə dəvət edir. Əgər bu sahədə təcrübəniz varsa, sizi komandamızda görmək istərdik.
Vəzifə Öhdəlikləri
Təlim Proqramlarının Hazırlanması və İdarə Edilməsi
Kredit Departamentinin ehtiyaclarına uyğun olaraq kredit mütəxəssislərinin hazırlanması üzrə təlim proqramlarının hazırlanması və tətbiqi
Kredit və lizinq məhsullarının marketinqi, satışı, monitorinqi və kredit portfellərinin idarə edilməsi üzrə tədris materiallarının hazırlanması
Yeni işçilərin adaptasiyası üçün onboarding proqramlarının yaradılması və idarə edilməsi
Strukturlaşdırılmış və daim yenilənən məlumat bazasının (knowledge base) yaradılması və idarə edilməsi
Soft və Hard Skills Təlimlərinin Keçirilməsi
Soft skills (yumşaq bacarıqlar) təlimləri:
Ünsiyyət və dinləmə bacarıqları
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyəti
Stres və münaqişə idarəetməsi
Kritik düşüncə və problem həll etmə bacarıqları
Komanda işi və liderlik bacarıqları
Hard skills (texniki bacarıqlar) təlimləri:
Şirkətin sistem və proqramları üzrə texniki təlimlər
Şirkətin daxili məhsul və prosesləri üzrə təlimlər
Yeni sistem və funksionallıqlar üzrə adaptasiya təlimlərinin təşkili
Təlimlərin Effektivliyinin Ölçülməsi və İzlənməsi
Təlimlərin effektivliyini qiymətləndirmək üçün sorğular, testlər və digər ölçmə alətləri vasitəsilə geri dönüşlərin toplanması
Əməkdaşların performans göstəricilərinin (KPI-lar, keyfiyyət skorları və s.) izlənməsi və təhlili
Təlimlərin biznes nəticələrinə təsirinin analiz edilməsi və müvafiq hesabatların hazırlanması
Təhsil və İş Təcrübəsi:
Ali təhsil
Ən azı 2-4 il Kredit sahəsində təlim və inkişaf üzrə iş təcrübəsi
Təlim proqramlarının hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi sahəsində təcrübə
Şəxsi Keyfiyyətlər və Bacarıqlar:
Güclü pedaqoji bacarıqlar və mentorluq qabiliyyəti
Yüksək səviyyədə ünsiyyət, təqdimat və inandırma bacarıqları
Analitik düşüncə və problem həll etmə bacarığı
Müasir təlim metodologiyaları və yetkinlik əsaslı inkişaf alətləri haqqında biliklər
Müxtəlif səviyyəli əməkdaşlarla effektiv ünsiyyət qurmaq və motivasiya etmək bacarığı
Çevik və adaptiv yanaşma, dəyişikliklərə tez uyğunlaşma qabiliyyəti
Maraqlanan şəxslər cv formalarını Mövzu/Subject bölməsinə “Təlim və inkişaf meneceri” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 06.12.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Merkuri BOKT jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM









