
Bakı10
Audit şöbə müdiri

3 000 ₼
Audit şöbə müdiri
TekshirilganBugun
Tavsif
İş haqqında məlumat:
• Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək;
• Obyektlərdə olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini aparmaq;
• İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul aktı əsasında təhvil almaq və rəsmiləşdirmək;
• Audit şöbəsinin əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi;
• Rəhbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər keçirmək və nəticələri rəsmiləşdirmək;
• Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq;
• Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq;
• Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək;
Tələblər:
• Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə);
• Müvafiq sahə üzrə ən azı 5 il iş stajı;
• Yaş həddi: 35-50
• Microsoft Office, 1C 8.3v proqramından sərbəst istifadə bacarığı;
• Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları;
• Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır).
• Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləri üzrə biliklər;
İş şəraiti:
• İş qrafiki: 1-6 günlər
• Əmək haqqı: 3000
• İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D
• Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Audit şöbə müdiri” yazmaqla müraciət edilir.
Maaş: 3000 ₼
Son müraciət: 16/11/2026
REKLAMA










