Prayk
Xəzinədar - Inkassator — Maliyyə
Kelishiladi

Xəzinədar - Inkassator

TekshirilganKecha
Kategoriya
Moliya
Sana
Koʻrishlar
6
Raqam
№4719978

Tavsif

Vəzifəyə olan tələblər: Ali təhsil (riyazi təhsilli olması daha məqsədə uyğundur); Mühasibat uçotu haqqında ümumi biliklərə malik olan; Kompüter bilikləri (MS Office, İnternet); Mükəmməl Azərbaycan dili (rus, ingilis və türk dillərini bilənlərə üstünlük verilir); Əla ünsiyyət qabiliyyətlərinə malik olan; Riyazi qabiliyyətlər; Məsuliyyətli və stressə davamlı Funksional Öhdəliklər: AR Mərkəzi Bankın normativ göstərişlərinə və bankdaxili qaydalara müvafiq olaraq nağd pul və qiymətlərlə əməliyyat aparır; Bankın filiallarına nağd pul mədaxili və məxairici üçün inkassasiya xidməti göstərir. İş gününün sonunda dövriyyə kassasının qalığını bankdaxili qaydalara uyğun olaraq xəzinədarlığın müdirinə təhvil verir; Nağd pulları Mərkəzi Bankın normativ göstərişlərinə uyğun çeşidləyir və formalaşdırır; Müştərilərə inkassasiya xidməti göstərir; Xəzinədarlığın müdiri ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir; Kassa mədaxil və məxaric əməliyyatlarını aparır; Milli və xarici valyutalarla, habelə valyuta mübadilə əməliyyatlarını aparır; Bankomatları pul vəsaitləri ilə təmin edir. Birbaşa müdirin digər tapşırıqlarını yerinə yetirmək. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Son müraciət tarixi: 16.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/yapi-kredi-bank-azerbaycan-xezinedar-inkassator-154096
REKLAMA