Prayk
Fairmont Gold Lounge Attendant — Restoranlar, Turizm
Kelishiladi

Fairmont Gold Lounge Attendant

TekshirilganBugun
Sana
Koʻrishlar
15
Raqam
№4921023

Tavsif

Əsas vəzifələr: Qonaqları gülərüzlə qarşılamaq, onların ehtiyaclarını əvvəlcədən müəyyən etmək və yüksək səviyyəli, fərdi xidmət təqdim etmək. Qonaqların suallarını, xüsusi istəklərini və şikayətlərini operativ və nəzakətlə həll etmək. Fairmont Gold Lounge-da yemək və içkilərin təqdim edilməsini təmin etmək. İstirahət zalının, bufet sahəsinin və iş yerlərinin gün ərzində təmiz və səliqəli saxlanılmasına nəzarət etmək. Mətbəx komandası ilə əməkdaşlıq edərək gündəlik menyunun və yeməklərin təqdimatının otelin standartlarına uyğun olmasını təmin etmək. Səhərlər qonaqların sifariş etdiyi qəhvəni otaqlara çatdırmaq. Qida məhsullarının, qabların və digər avadanlıqların inventarını izləmək. Özünəxidmət mini-barının düzgün idarə olunmasını, məhsulların nəzarətdə saxlanılmasını və gəlirlərin artırılmasını təmin etmək. Telefon zənglərini üç zəngdən gec olmayaraq cavablandırmaq və peşəkar ünsiyyət qaydalarına riayət etmək. Mətbəx, qabyuyan və texniki xidmət şöbələri ilə koordinasiyalı işləmək. Avadanlıq və təmir ehtiyaclarını müvafiq şöbəyə çatdırmaq, təcili hallarda texniki xidmətlə birbaşa əlaqə saxlamaq. Növbə jurnallarında vacib məlumatları qeyd etmək və qonaqların gəliş siyahısındakı məlumatların düzgünlüyünü yoxlamaq. İş yerində sağlamlıq və təhlükəsizlik standartlarını qorumaq, fövqəladə hallar zamanı müəyyən edilmiş prosedurlara əməl etmək. Həmkarlarla əməkdaşlıq etmək, xidmət keyfiyyətini qorumaq və qonaq məmnuniyyətini artırmaq. Tələblər: Müştəri xidmətləri sahəsində əvvəlki iş təcrübəsi arzuolunandır. Restoranda ofisiant və ya köməkçi ofisiant kimi təcrübə üstünlükdür. İngilis dilini səlis,rus dilini bilmək üstünlükdür. Qonaqların ehtiyaclarını anlamaq, onların gözləntilərini qarşılamaq və yüksək xidmət keyfiyyətini təmin etmək. Həmkarlarla əməkdaşlıq etmək və komanda daxilində səmərəli işləmək. Çətin vəziyyətlərdə sakit qalmaq, düzgün qərarlar qəbul etmək və problemləri peşəkar şəkildə həll etmək. Etibarlı, intizamlı və verilən tapşırıqları vaxtında yerinə yetirən olmaq. İşləri prioritetləşdirmək, vaxtı düzgün idarə etmək və detallara diqqət yetirmək. Sürətli və gərgin iş mühitində xidmət keyfiyyətini qorumaq. İş saatları və növbələr baxımından çevik olmaq. Otelin lüks xidmət standartlarına uyğun peşəkar görünüş və davranış nümayiş etdirmək. Microsoft Windows proqramları ilə işləmək bacarığı üstünlükdür. PMS (Property Management System) proqramları ilə əvvəlki təcrübə üstünlük hesab olunur. Minimal nəzarət altında işləmək, təşəbbüs göstərmək və tapşırıqları vaxtında tamamlamaq. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 21.11.2026

Eʼlon manbai

Asl eʼlonni ochish

© Fairmont Baku jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA
WhatsApp