
Akvarium



1 100 ₼
Akvarium
SatılırOrijinalİşlənmiş2 gün əvvəl
ŞəhərBakı
Tarix
Nömrə№3787062
Təsvir
Arxa sump sistemli BOYU firmasinin 35×40×35 sm Hazır və oturuşmuş Okean Akvariumu satılır
Okean akvariumuna başlamaq istəyən, amma “çox çətindir, çox qulluq tələb edir” deyə tərəddüd edənlər üçün çox gözəl hazır
Komplektə daxildir:
🔹 Skimmer
🔹 PopBloom akvarium işığı
🔹 Keyfiyyətli materialdan hazırlanmış altlıq/skaf
Baxim ucun lazim olan avadanliqlar
🔹 Canlı daşlar
🔹 Anemonlar boyuk olcu( Bubble ;Viridis;Rock)
🔹 Göbələklər (mushroom corals)
🔹 Xenia
🔹 Zoanthus (3nov) və digər canlılar
Akvarium artıq təxminən 1 ildir oturuşmuş, stabil sistemdir. Yəni sıfırdan akvarium qurmaq, bakteriya dövrünü gözləmək, daş-qum seçmək və s. kimi başlanğıc mərhələləri ilə məşğul olmağa ehtiyac yoxdur — hazır sistemi götürüb davam etdirirsiniz.
Ən gözəl tərəfi isə baxımının çox sadə olmasıdır. Mən şəxsən ayda bir dəfə təxminən 2–3 litr su dəyişirəm, buxarlanan suyun yerinə isə osmos suyu əlavə edirəm. Baxımı əsasən bundan ibarətdir.
Mən özüm bitki akvariumisti kimi və səmimi deyim: bu sistem bitki akvariumundan qat-qat rahatdır. Ona görə okean akvariumundan qorxmağa heç bir ehtiyac yoxdur.
Əgər çox vaxt aparmayan, görüntüsü hazır olan və bu hobbinin gözəlliyini görərək başlamaq istədiyiniz bir sistem axtarırsınızsa, bu akvarium yaxşı başlanğıc ola bilər.
Ciddi maraqlanan şəxslərə bütün sistemi və canlıları ətraflı göstərə bilərəm. Videolarin gondere bilerem. Qiymet 1100 manat . Ciddi sexslere endirim olunacaq. Whatsapp aktivdir.
Elanın mənbəyi
Orijinal elanı aç© Ilyas Dadashov tap.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
Bənzər elanlar


Samir


Güll-Toxum-Satışı


Güll-Toxum-Satışı


Birmarket (Umico)




Baquarium


author

