
Aparıcı Mühasib

1 000 ₼
Aparıcı Mühasib
YoxlanılıbBu gün
Təsvir
İş haqqında məlumat:
Əsas öhdəliklər:Müəssisənin mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;İlkin mühasibat sənədlərinin yoxlanılması və müvafiq sistemə işlənilməsi;Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçotunun aparılması;Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanması;Vergi və digər məcburi ödənişlərin hesablanması və nəzarətdə saxlanılması;Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər mühasibat sənədlərinin hazırlanması;Vergi bəyannamələrinin və digər müvafiq hesabatların hazırlanması və təqdim edilməsi.
Tələblər:
Kvalifikasiya tələbləri:Təhsil: Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya müvafiq ixtisas üzrə olması üstünlükdür);İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il;Aparıcı mühasib və ya uyğun vəzifə üzrə minimum 3 il iş təcrübəsi.Tələb olunan bilik və bacarıqlar:Excel proqramında işləmək bacarığı;Elektron vergi və mühasibat sistemləri üzrə biliklər;Mühasibat və maliyyə məlumatlarını təhlil etmək bacarığı;Analitik düşünmə və problem həll etmə bacarığı;Məsuliyyətlilik, dəqiqlik və dürüstlük;Etik davranış prinsiplərinə riayət etmək;Effektiv şifahi və yazılı ünsiyyət bacarığı.Təklif edirik:Əmək haqqı: 1000–1500 AZN (namizədin bilik və bacarıqlarına əsasən); 5 günlük iş qrafiki;Şirkət tərəfindən nahar təminatı;Peşəkar və dinamik iş mühiti.
Maaş: 1000 - 1500 ₼
Son müraciət: 15/10/2026
Bənzər elanlar





Razılaşma yolu ilə
Problemli kreditlər şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi (Regionlar üzrə)
Bu gün 12:21


Hr








