Prayk
Baş mühasib — Maliyyə
2 500 ₼

Baş mühasib

Analiz edilibBu gün
Kateqoriya
Maliyyə
Tarix
Nömrə
№3558589

Təsvir

İş rejimi: Tam iş günü Vəzifə öhdəlikləri və namizədə dair tələblər: Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun düzgün və vaxtında aparılması; Vergi, maliyyə, statistika və digər dövlət hesabatlarının vaxtlı-vaxtında və qanunvericiliyə uyğun şəkldə düzgün hazırlayıb təqdim etmək; Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə təqdim etmək; Mühasibatlıq şöbəsinin fəaliyyətini və əməkdaşların işini koordinasiya etmək, onlara nəzarəti həyata keçirmək. Mühasibat uçotu və audit, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; Mühasibatlıq sahəsində minimum 5 (beş) il iş təcrübəsi (daşınmaz əmlak sahəsində təcrübə üstünlükdür); Azərbaycan Respublikasının vergi qanunvericiliyi, xüsusilə əmlak sektorunda vergitutma qaydaları, vergitutma obyekti, vergi dərəcələri və vergi güzəştləri üzrə biliklər (Mənfəət vergisi, Əlavə Dəyər Vergisi (ƏDV), əmlak vergisi və mükəlləfiyyət üzrə digər əlaqəli vergi bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi üzrə yüksək səviyyədə bilik, təcrübə və bacarıqlar); 1C və ya hər hansı digər ERP sistemlərində (mühasibatlıq proqramlarında) sərbəst işləmə bacarıqları: məlumatların verilməsi, işlənilməsi, təhlili və hesabatlılıq bacarıqları; MS Office proqramları, xüsusilə MS Excel proqramında təkmil bilik və təcrübə; Elektron dövlət informasiya sistemləri, internet bankçılıq və digər portallarda işləmək bacarığı; Mühasibatlıq sahəsində yerli və beynəlxalq sertifikatların (PMS / MHBS / ACCA / CPA) olması üstünlükdür. Mühasibat və vergi uçotunun mövcud qanunvericiliyə uyğun qaydada təşkili və aparılması; İlkin mühasibat sənədlərinin yoxlanılması və uçota alınması; Bank, kassa, alış, satış, idxal və anbar əməliyyatlarının uçotunun aparılması; Əsas və müşayiətedici bütün növ sənədləşmənin, müqavilələrin maliyyə və vergi şərtlərinin yoxlanılması və maliyyə və mühasibatlıq işi ilə əlaqəli kargüzarlığın aparılması; DSMF, statistika, məşğulluq və digər dövlət qurumlarına hesabatların təqdim olunması, əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə və digər ödənişlərin, işçilərin əməkhaqqından vergi və sosial ödənişlərin düzgün hesablanması; Debitor və kreditor borcların uçotu, üzləşmə aktlarının hazırlanması; Təchizatçılarla hesablaşmalar və ona nəzarət; İdxal əməliyyatları, gömrük sənədlərinin və malların maya dəyərinin, əsas vəsaitlərin, inventarların və materialların, anbar qalıqlarının uçotu və inventarizasiya prosesinə nəzarət; Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması – Mənfəət və Zərər, Nağd vəsaitlərin (pulun) hərəkəti və Balans və kapitalda dəyişikliklər kimi başlıca hesabatların hazırlanması; Məhsul və xidmətlərin maya dəyərinin hesablanması; Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsinin təmin edilməsi; Vergi yoxlamaları və audit proseslərində şirkətin təmsil olunması; Yüksək məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə ciddi riayət etmək; Komandada işləmək və rəhbərliyə hesabatlar təqdim etmək bacarığı. İş barədə məlumat Əmək haqqı: 2,500 AZN İş yeri: Bakı, Şəmsi Rəhimov küç, 1A. İş vaxtı: 5 (beş) günlük iş qrafiki Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 2500 AZN Son müraciət tarixi: 01.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/kvan-group-mmc-bas-muhasib-152742

Bənzər elanlar

Mühasib — Bakı
Razılaşma yolu ilə

Mühasib


BakıBu gün 14:43
Mühasib — Bakı
Razılaşma yolu ilə

Mühasib


BakıDünən 12:34