İstehsalat xəttinin mexaniki avadanlıqları, konveyerlər, nasoslar, reduktorlar, çənlər, borulama və digər mexaniki sistemlərin etibarlı istismarını təmin etmək;Qazanxana, çiller, kompressor, sıxılmış hava, su, drenaj və digər köməkçi mexaniki sistemlərin işinə nəzarət etmək;Mexaniki avadanlıqlar üzrə planlı texniki xidmət və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;Avadanlıqların yağlama, vibrasiya, temperatur, sızma, bərkidilmə və digər texniki göstəricilərinin yoxlanılmasını təşkil etmək;Mexaniki nasazlıqları araşdırmaq, kök səbəbləri müəyyən etmək və təkrar nasazlıqların qarşısının alınması üzrə tədbirlər görmək;Mexanik və texniki heyətin gündəlik işini təşkil etmək, tapşırıqlar vermək və görülən işlərin keyfiyyətinə nəzarət etmək;Podratçı, servis və təchizatçıların işlərini koordinasiya etmək və görülən işləri qəbul etmək;Kritik ehtiyat hissələrinin minimum ehtiyat səviyyəsini müəyyən etmək və satınalma tələblərini hazırlamaq;Təzyiqli sistemlər, fırlanan avadanlıqlar, isti səthlər və digər riskli işlər üzrə təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət etmək;Yeni layihələrdə mexaniki avadanlıqların, borulama sistemlərinin və digər qurğuların layihə tələblərinə uyğunluğunu yoxlamaq;Avadanlıqların quraşdırılması, sınaqdan keçirilməsi və işə salınması proseslərini koordinasiya etmək;Mexaniki avadanlıqların reyestri, texniki sənədləri, xidmət və təmir qrafiklərinin aktual saxlanılmasını təmin etmək.
Tələblər:
Mexanika mühəndisliyi və ya əlaqəli texniki sahə üzrə ali təhsil;Sənaye müəssisəsində mexaniki avadanlıqların istismarı və təmiri üzrə minimum 5 il iş təcrübəsi;İstehsalat xətləri, nasoslar, qazanlar, kompressorlar, çillerlər, fanlar, reduktorlar, çənlər və borulama sistemləri üzrə praktiki bilik;Mexaniki layihələri, P&ID sxemlərini və istehsalçı texniki sənədlərini oxuma bacarığı;Planlı texniki xidmət, nasazlıqların diaqnostikası, təmir planlaması və ehtiyat hissələrinin idarə edilməsi üzrə təcrübə;Texniki heyət və podratçıların işinin təşkili və nəzarəti üzrə bacarıq;AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ya ingilis dilində texniki sənədləri oxuma bacarığı üstünlükdür.
Vakansiya növü: Tam ştat
Şirkət: Grand-Agro MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/grandagro/grandagro-bas-mexanik-38089623/apply