
BMW 528, 2.0 L, 2016 il, 188 000 km












30 000 ₼
BMW 528, 2.0 L, 2016 il, 188 000 km
Oxşar elanların çoxundan bahadır
Oxşar 17 elanın orta qiyməti 7 000 ₼ — bu elan təxminən 23 000 ₼ (329%) bahadır.
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 1 500 ₼ – 13 250 ₼
Satıcıya 7 000 ₼ təklif edə bilərsiniz — oxşar elanların orta qiyməti təxminən budur.
SatılırAnaliz edilibİşlənmişBu gün
ŞəhərBakı
KateqoriyaAvtomobillər
Qeydiyyat nişanı77-FA-191 (77FA191)
MarkaBMW
Model5 Series
Buraxılış ili2016 il
Yürüş188000 km
Mühərrikin həcmi2 L
Sürətlər qutusuAvtomat
Ban növüSedan
RəngBoz
Yanacaq növüBenzin
Mühərrikin gücü245 a.g.
ÖtürücüTam
Yerlərin sayı5
Vuruğu yoxdurBəli
RənglənməyibBəli
Tarix
Nömrə№4009521
Təsvir
Avtomobil tam dolu, yüksək komplektasiyalı BMW F10-dur. Maşın Amerikadan gətirilib, lakin bir çox ABŞ avtomobilindən fərqli olaraq qəzalı olmayıb. VIN kodu təqdim ediləcək və tarixçəsini yoxlamaq mümkündür. Avtomobil gələndə yalnız xırda kosmetik cızıqları olub, onlar da peşəkar boya ustası tərəfindən səliqəli şəkildə aradan qaldırılıb. Vuruq, əzik və ciddi kuzov zədəsi olmayıb.
Azərbaycanda təxminən 1 ildir istifadə olunur və cəmi 6 000 km sürülüb. Bu müddət ərzində Azərbaycanda da heç bir qəzası olmayıb. Əsasən iş–ev rejimində, səliqəli və sakit istifadə edilib. Mühərrik yağı yeni dəyişdirilib, avtomobil hazırda əlavə xərc tələb etmir.
Bu F10-un seçilən üstünlüklərindən biri də 4 düymə funksiyasıdır. F10-larda az rast gəlinən bu komplektasiya avtomobilin həm funksionallığını, həm də premium səviyyəsini artırır.
Avadanlıq və üstünlüklər:
- Adaptiv ön faralar
- Harman/Kardon premium səs sistemi
- 360° kamera sistemi
- Eco Pro / Comfort / Sport / Sport+ sürüş rejimləri
- Baqajın ayaq jesti ilə açılması
- Ön oturacaqlarda massaj funksiyası
- Ön və arxa oturacaqların qızdırılması
- Head-Up Display
- Kor nöqtə xəbərdarlığı
- Park və manevr sensorları
- Zolaqda saxlama köməkçisi
- Toqquşma riskində avtomatik əyləcləmə
- Piyadaların qorunması sistemi
- Ambiyans işıqlandırma
- 20-lik paket disklər və təkərlər
- Sürətlər qutusu ideal vəziyyətdədir
- Sep başmağı yenilənib
- Mühərrik yağı yeni dəyişdirilib
Ümumilikdə avtomobil zövqlə yığılmış, çox səliqəli saxlanılmış və zəngin komplektasiyalıdır. Həm texniki, həm də kosmetik vəziyyəti çox yaxşıdır. Qəzalı deyil, əlavə xərc tələb etmir və nadir funksiyalara sahibdir.
xDrive barədə Azərbaycanda müəyyən fikir var ki, guya çox xərc çıxarır və tez-tez problem yaradır. Amma əslində xDrive bütün dünyada BMW-nin uzun illərdir istifadə etdiyi, yol tutuşunu və təhlükəsizliyi ciddi şəkildə artıran bir sistemdir. Xüsusilə yağışlı havada, sürüşkən yolda və yüksək sürətdə avtomobili daha stabil saxlayır. Mən özüm bu avtomobili 1 ildir xDrive ilə sürürəm və bu sistemlə bağlı heç bir problem yaşamamışam. Yanacaq sərfiyyatı da düşünüldüyü qədər yüksək deyil şəhər içində təxminən 11–12 litr/100 km civarındadır. Yəni saz və vaxtında qulluq olunan xDrive qorxulacaq sistem deyil, əksinə avtomobilin əsas üstünlüklərindən biridir.
Elanın mənbəyi
Orijinal elanı aç© Amin turbo.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
Bənzər elanlar





021 Cars










Avtosalon "222"
