Prayk

Çin dili müəllimi / Chinese Language Instructor

Razılaşma yolu ilə
Yoxlanılıb1 həftə əvvəl
Kateqoriya
Təhsil və elm
Tarix
Nömrə
№2729122

Təsvir

İş növü: yarım ştat (Part-time) Yerləşmə: Bakı, Azerbaijan Mərkəzimiz, dünyaca məşhur "Oxford Digital Institute"un Azərbaycandakı yeganə rəsmi tərəfdaşıdır. Komandamızın böyüməsi ilə əlaqədar olaraq, Çin dilini tələbələrimizə peşəkar, interaktiv və maraqlı şəkildə tədris edəcək dinamik "Çin dili müəllimi" axtarırıq. Vəzifə öhdəlikləri: HSK və ya ümumi Çin dili proqramlarına uyğun olaraq dərslərin yüksək səviyyədə tədris edilməsi Tələbələrin dil səviyyəsinin qiymətləndirilməsi və fərdi ehtiyaclarına uyğun tədris planının qurulması Tələbələrin şifahi nitq (speaking), yazı, oxu və dinləmə bacarıqlarının inkişaf etdirilməsi Müntəzəm olaraq qiymətləndirmə testlərinin təşkili və tələbələrin tərəqqisi barədə hesabatların hazırlanması Çin mədəniyyətini və dilini sevdirəcək interaktiv dərs metodlarının tətbiqi Namizədə dair tələblər: Çin dili müəllimliyi, Tərcüməçilik, Şərqşünaslıq və ya müvafiq sahə üzrə ali təhsil Çin dilində mükəmməl danışıq və yazı bacarığı (Minimum HSK 5 və ya HSK 6 sertifikatı üstünlükdür) Çin dili tədrisi sahəsində minimum 1-2 il iş təcrübəsi (Çində təhsil almış namizədlərə üstünlük verilir) Müxtəlif yaş qruplarından olan tələbələrlə (uşaqlar və böyüklər) işləmək bacarığı Yüksək ünsiyyət, motivasiya və pedaqoji bacarıqlar Biz nə təklif edirik: Beynəlxalq miqyaslı (Oxford Digital Institute tərəfdaşı olan) şirkətdə işləmək imkanı Rəqabətədavamlı və performansa əsaslanan əməkhaqqı Rahat, müasir və beynəlxalq iş mühiti Peşəkar inkişaf və karyera yüksəlişi imkanları Çevik iş qrafiki (Full-time və ya Part-time) Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Çin dili müəllimi" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 21.10.2026 Müraciət: https://jobsearch.az/vacancies/step-by-step-international-hub-cin-dili-muellimi-chinese-language-instructor-151748

Bənzər elanlar